Vətən müharibəsində dünya İlham Əliyev hünərinin şahidi oldu

 

Sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı bizim üçün Vətən müharibəsinə çevrildi. 30 il erməni işğalı altında qalan torpaqlarımızı azad etdik. Bu müharibə bütün dünyanı heyrətə gətirdi. Dostlarımız sevindi, düşmənlərimiz xar oldu.

Bu müharibə ilə maraqlananlar üçün əsas faktorlardan biri də dövlətimizin 30 il işğal altında qalan torpaqlarının azad edilməsi uğrunda mübarizə aparması oldu. Çünki belə hallar dünyada baş verən nadir hadisələrdəndir. İkinci başlıca amil isə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən hərbi taktika idi. Bir tərəfdən dronlarla, insansız silahlı və silahsız döyüş aparatlarından istifadə edilməsi, digər tərəfdən yüksək peşəkarlığa malik əsgər və zabitlərin qəhrəmanlığı hamını heyrətləndirirdi. Xüsusilə qeyd edək ki, düşmən ölkə və onun havadarları tərəfindən geniş yayılan türk xüsusi təyinatlılarından istifadə edilməsi söhbəti əslində dezinformasiya idi. Onların bizim tərəfimizdən Suriyadan gətirilən terrorçuların döyüşməsi barədə yaydıqları informasiya da yalandan başqa bir şey deyildi. Məqsəd bu yolla Azərbaycan Ordusunun qəhrəmanlığına kölgə salmaq idı. Sonda əsl həqiqət aydın oldu. Hamı bildi ki, düşmənlə döyüşən xüsusi təyinatlılar yalnız və yalnız Azərbaycana məxsusdur. Özübunlar təkcə Milli Ordumuza məxsus olanlar deyil. Ordumuzla çiyin-çiyinə döyüşən Sərhəd Qoşunlarına, Daxili Qoşunlara, Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətlərinə məxsus xüsusi təyinatlılar döyüş meydanında idilər. Ermənilərin qorxduğu qara geyimli xüsusi təyinatlılar isə Türkiyənin deyil, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlılarıdır. Onların Qələbə paradında inamlı addımlarla yeriməsi də döyüş meydanında qazandığı uğurlardan qaynaqlanırdı.

Vətən müharibəsində misilsiz qələbənin qazanılmasında əsgərlərimizin qəhrəmanlığı ilə yanaşı, müasir döyüş vasitələrindən istifadə edilməsi də danılmaz faktordır. Bizim üçün əsgər və zabitlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlar əsas olsa da, digərlərinin diqqətini cəlb edən əsas amil yeni növ müharibə aparmağımızdır. Bu isə təkcə düşmənimizi deyil, onun havadarlarını da şoka saldı. Halbuki onlar illərlə bizi inandırmağa çalışırdılar ki, bu münaqişənin həlli üçün hərbi yol yoxdur. Hətta açıq şəkildə və ya eyhamla bildirirdilər ki, belə bir addım atsaq, məğlub olaraq vəziyyətimiz daha da pisləşə bilər. Lakin qələbə ilə başa çatdırdığımız Vətən müharibəsi göstərdi ki, onlar Azərbaycan Ordusunun qüdrətini bilmirdilər. Ermənilərin havadarları çaşqın vəziyyətdə bu ölkəni daha ağır məğlubiyyətdən qurtarmaq üçün döyüşləri dayandırmağa çalışırdı. Azərbaycan isə mövqeyindən geri çəkilmirdi. Belə olan halda ermənilərin havadarları müxtəlif təzyiq və şantajlardan açıq şəkildə istifadə etməyə başladılar. Təhdidlərin faydasız olduğunu gördükləri üçün onlar əleyhimizə beynəlxalq təşkilatlarda müxtəlif qərarların qəbul edilməsinə səy göstərdilər. Bu halda artıq dünya yeni bir faktor - İlham Əliyev faktorunun şahidi oldu. Qəhrəman əsgərin, Müzəffər Ali Baş Komandanın qətiyyətini gördü.

Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın havadarlarına meydan oxuyaraq bildirdi ki, heç kəs iradəmizə qarşı çıxa bilməz, sülh yalnız düşmən əsgərlərinin torpaqlarımızdan çıxdığı halda mümkündür. Prezident mərdliklə bütün təzyiqlərə sinə gərərək axıra kimi öz mövqeyində qaldı. Ali Baş Komandanın sarsılmaz iradəsinin şahidi olan erməni havadarları onun şərtini qəbul etməyə məcbur oldu. Beləliklə, 44 günlük Vətən müharibəsi zəfərimizlə başa çatdı.

Müharibə başa çatsa da, dünya mətbuatı hələ də Azərbaycan Ordusunun tarixi qələbəsindən yazır. Çünki bu müharibə dünya hərb tarixinə yeni səhifə yazdı. İndi dünyanın bütün orduları ölkəmizin tətbiq etdiyi yeni müharibə taktikasını öyrənir. Döyüşlər gedərkən dünyanın bir çox inkişaf etmiş ölkələrinin generalları Qarabağda aparılan müharibəni yaxından izlədiklərini bildirirdilər.

Qələbəmizin qazanılmasındakı döyüş taktikası ABŞ, Böyük Britaniya, Rusiya, Avropa Birliyi ölkələri və NATO-da təhlil edilərək öyrənilir. Rusiyalı hərbi ekspert İqor Korotçenkonun dediyi kimi, Azərbaycan XXI əsrin hərb tarixində yeni səhifə açdı. XX əsrdə ABŞ-da barəsində danışılan “ulduz müharibə”lərini biz Qarabağ səmasında gerçəkləşdirdik. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın bu nəzəriyyəsi SSRİ-ni sürətlə silahlanmaya məcbur etmişdi. Bunun da SSRİ-nin iqtisadisiyasi çöküşündə mühüm rol oynadığını söyləyirlər. Elə dünyanı da heyrətə gətirən budur. Amerika kimi dünyanın super hərbi gücünün ortaya atdığı, lakin reallaşdırmadığı bu hərbi nəzəriyyəni biz praktiki olaraq Azərbaycanda gerçəkləşdirdik.

NüfuzluThe Diplomat” saytında “Tayvan Hərbçiləri Ermənistan-Azərbaycan müharibəsindən nə öyrənə bilər” başlıqlı məqalə dərc edilib. Həmin yazıda qeyd edilir ki, Azərbaycanın döyüş təcrübəsi nəzərə alınmalıdır. Tayvanın rəqibi Ermənistan kimi kiçik dövlət deyil. Yəni Çin ordusu nə qədər nəhəng olsa da, onun da zəif yerləri var. Bir sözlə, məqalədə açıq şəkildə deyilir ki, güclü düşmənə qarşı mübarizə aparmaq üçün Azərbaycanın həyata keçirdiyi taktikadan istifadə etmək lazımdır.

ÇininSouth China Morning Post” qəzetində “Dağlıq Qarabağ münaqişəsində istifadə olunan dronlar Çin hərbçiləri üçün bir xəbərdarlıqdır” adlı məqalədə qeyd edilir ki, Azərbaycanın apardığı müharibənin nəticələri yaxından öyrənilməlidir.

 Foreign Affairs” nəşrində gedən məqalədə isə vurğulanır ki, dünya dronlar müharibəsi erasına daxil olub. Son beş ildə Liviya, Dağlıq Qarabağ, SuriyaUkraynada aparılan müharibələr dronların dominantlığını və həlledici rolunu təsdiq edir.

Həmin məqalədə həmçinin bildirilir ki, Azərbaycan Ermənistana qarşı savaşda 1940-cı illərdən qalma yüngül AN-2 təyyarələrindən istifadə edib. Belə ki, həmin təyyarələri düşmənin nəzarət etdiyi ərazilərə göndərməklə Azərbaycan qarşı tərəfin hava hücumundan müdafiə sisteminin yerini dəqiq müəyyənləşdirirdi. Çünki müdafiə sistemi AN-2 təyyarələrini qırıcı kimi qəbul edərək onları sıradan çıxarırdı. Pilotsuz uçaq kimi istifadə olunan AN-2-yə atəş açan düşmənin hava hücumundan müdafiə sistemi beləliklə yerini Azərbaycan tərəfinə bildirmiş olurdu. Azərbaycan tərəfi düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini bu yolla müəyyən edərək onları dronlar ilə məhv edirdi. İndi məlum olur ki, ermənilərin əvvəllər öyünərək Azərbaycanın SU-25 döyüş təyyarələrini məhv etdiyi barədəki informasiya onların hava hücumundan müdafiə sisteminin məhv edilməsinə səbəb olan AN-2 təyyarələri idi. Onu da bildirək ki, TayvanÇin mətbuatında da mütəxəssislər AN-2 ilə həyata keçirilən bu nadir hərbi taktikadan geniş bəhs edirlər.

Amerika nəşri, eyni zamanda yazır ki, Rusiyaya məxsus S-400 Triumf raket sistemi 300 milyon dollar dəyərindədir, Pantsir isə 14 milyon dollara satılır. TürkiyəninBayraktardronu cəmi 5 milyon dollaradır.Bayraktar”lar son dərəcə bahalı hava hücumundan müdafiə sistemlərini satış qiyməti 100 min dollarlıq raketlərlə məhv edə bilir.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 31 dekabr.- S.6.