Prezident İlham Əliyev Rusiyanın fövqəladə
hallar nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib.
AZƏRTAC
xəbər verir ki, fövqəladə hallar naziri Yevgeni
Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını
dövlətimizin başçısına
çatdırdı.
Prezident
İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına
görə minnətdarlığını bildirdi, onun da salamlarını
Rusiya dövlətinin başçısına
çatdırmağı xahiş etdi.
Görüşdə
Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən
Fövqəladə Hallar nazirlikləri arasında uğurlu
işçi əməkdaşlığın həyata
keçirildiyi bildirildi və bu sahədə təcrübə
mübadiləsinin önəmi qeyd edildi.
Azərbaycan.-2020.- 22 dekabr.- S.1.