Xələf Xələfov: “Azərbaycan
bütün sahələrdə Ukrayna ilə əməkdaşlığı
dərinləşdirir”
Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini İqor Jovkva Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfovla görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər Ukrayna Prezidenti Vladimir Zelenskinin ötən ilin dekabrında Azərbaycana rəsmi səfərinin yekunlarını yüksək qiymətləndiriblər. Görüşdə yaxın gələcəkdə ikitərəfli dialoqun prioritet istiqamətləri müzakirə edilib.
İqor Jovkva Ukrayna və Azərbaycanın birgə layihələr həyata keçirməsinin əhəmiyyətini qeyd edib. Əlavə edib ki, infrastruktur və energetika sahələrində həyata keçirilən layihələr daha mühümdür.
Xələf Xələfov Azərbaycanın qarşılıqlı maraq kəsb edən bütün sahələrdə Ukrayna ilə əməkdaşlığın dərinləşdirilməsi niyyətini təsdiq edib. O, həmçinin iki dövlətin beynəlxalq platformada fəal əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşdə
2020-ci il yanvarın 30-31-də Kiyevdə
keçirilən Azərbaycan-Ukrayna İqtisadi
Əməkdaşlıq Məsələləri üzrə
Hökumətlərarası Komissiyanın 12-ci iclasının
gələcək nəticələrinə xüsusi
diqqət yetirilib.
Azərbaycan.-
2020.- 1 fevral.- S.2.