2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 28 yanvar
2020-ci il tarixli 39
saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR ¹ 18/112
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə
93 saylı Bərdə
şəhər seçki
dairəsi üzrə
qeydə alınmış
namizəd Baxşəliyev
Ərəstun Əli oğlu, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd
Əhmədli Dadaş
Rəşid oğlu və digərləri 28 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
yazılı müraciət
edərək seçkiqabağı
təşviqatın aparılması
zamanı qanun pozuntularının baş
verdiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin
görülməsini xahiş
etmişdir.
Müraciət Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
(Seçki Məcəlləsi)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış,
rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Ərizəçilər müraciətlərində
iddia etmişlər ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə
93 saylı Bərdə
şəhər və
94 saylı Bərdə
kənd seçki dairələri üzrə
seçkiqabağı təşviqat
Bərdə rayonunun yerli icra və
bələdiyyə qurumlarının,
rayon təhsil və səhiyyə şöbələri
rəhbərliyinin müdaxiləsi
ilə həyata keçirilməklə digər
qeydə alınmış
namizədlər F.V.Yıldırımın
və Z.M Orucun xeyrinə aparılır.
Araşdırma prosesində ərizəçilərlə
əlaqə saxlanılmış,
araşdırma və
iclasda iştirak etmək, həmçinin digər hüquqlarının
olması izah edilmişdir.
Müraciətdə göstərilən
halların tam, hərtərəfli
və obyektiv araşdırılması, iş
üzrə zəruri olan bütün sübutların əldə
edilməsi və müraciətə əlavə
olunmuş video materialların
Mərkəzi Seçki
Komissiyası nəzdində
fəaliyyət göstərən
mətbuat qrupu təmsilçilərinin iştirakı
ilə birgə araşdırılması məqsədi
ilə araşdırma
müddəti Mərkəzi
Seçki Komissiyasının
17/108 saylı qərarı
ilə artırılmışdır.
Araşdırma ilə əlaqədar müvafiq sənəd və izahatlar adıçəkilən dairə seçki komissiyalarından tələb edilərək nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, həmin seçki dairələrində qeyd edilən vəzifəli şəxslərin müdaxiləsi ilə seçkiqabağı təşviqatın aparılması halları baş verməmişdir. Həmçinin, mübahisələndirilən hallar üzrə Bərdə Rayon İcra Hakimiyyəti başçısının Mollalı kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi T.K.Qənbərovdan, Məmmədli kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi V.K.Nuriyevdən, Soğanverdilər kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi R.R.Ələsgərovdan, Mustafaağalı kənd ərazi inzibati ərazi vahidi üzrə nümayəndəsi Q.H.Zeynalovdan, Mehdikəlilli kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi B.Ə.Abdullayevdən, Mircəfərli kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi M.Ə.Əzizovdan, Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi Ə.M.Rüstəmovdan, Bəciravan kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi F.H.Süleymanovdan, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri R.Y.Şərifovdan, Mərkəzi Rayon Xəstəxanasının direktoru N.F.Mehdizadədən, Mustafaağalı bələdiyyəsinin sədri E.Y.Vəliyevdən, Soğanverdilər bələdiyyəsinin sədri H.M.Məmmədovdan, Məmmədli bələdiyyəsinin sədri P.Y.Tağıyevdən, Mollalı bələdiyyəsinin sədri S.M.Çıraqlıdan, Qaradağlı bələdiyyəsinin sədri M.B.İsgəndərovdan, Mircəfərli bələdiyyəsinin sədri N.V.Alıyevdən, Tağlılar bələdiyyəsinin sədri A.M.Ağayevadan, Bəciravan bələdiyyəsinin sədr müavini R.B.Bəylərovdan, Mustafaağalı kənd tam orta məktəbinin direktoru A.C.Məmmədovadan, Məmmədli kənd tam orta məktəbinin direktoru E.Y.Cəfərlidən, Mollalı kənd tam orta məktəbinin direktoru H.Ə.Əzimovdan, Soğanverdilər kənd tam orta məktəbinin direktoru V.M.Süleymanovdan, Mustafaağalı kənd tam orta məktəbinin müəllimləri K.M.Hüseynovadan, N.M.Hüseynovdan, T.N.Məmmədovadan, Məmmədli kənd tam orta məktəbinin müəllimləri K.Q.Əliyevdən, R.Ə.Əliyevdən, F.M.Gülməmmədovdan, Mollalı kənd tam orta məktəbinin müəllimləri N.Q.Ağayevadan, K.Ə.Zeynalovadan, E.H.Əzimovdan, Bəcirəvan kənd sakinləri M.M.Abdullayevdən, Ə.R.Səfərovdan, Ü.A.Hüseynovdan, qeydə alınmış namizədlər Q.V.Məmmədovdan, A.V.Vəliyevdən, Q.Q.Quliyevdən, X.H.Həsənovadan, G.X.Əsədovdan, X.Y.Əhmədovadan, Z.M.Fətəliyevdən alınmış izahatlarla iddia edilən pozuntular təsdiqini tapmamışdır.
93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələrindən daxil olmuş arayışlara əsasən müəyyən edilir ki, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən həmin seçki dairələri üzrə seçkiqabağı təşviqatın aparılması üçün qapalı və açıq yerlər ayrılmış, istifadə üçün namizədlərə bərabər şərait yaradılmışdır. Ərizəçilər tərəfindən seçkiqabağı təşviqatın aparılması zamanı hər hansı bir formada onlara maneəçilik törədilməsi və müdaxilə edilməsi barədə dairə seçki komissiyalarına müraciət edilməmişdir.
Müraciətə əlavə olunmuş video materialın Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən mətbuat qrupu təmsilçilərinin iştirakı ilə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd F.V.Yıldırım tərəfindən Seçki Məcəlləsinin 88.4.4-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, 23 yanvar 2020-ci ildə Aran TV-də yayımlanmış video süjetdə vətəndaşların müraciətlərinə əsasən Bərdə rayonu Cumalı kənd qəbiristanlığına gedən torpaq yolun hamarlanmasında göstərdiyi köməyə görə kənd sakinləri ona minnətdarlığını bildirirlər. Bununla da seçkiqabağı təşviqatın aparılmasında əvəzsiz xidmətlər göstərməklə seçicilərin ələ alınması kimi pozuntu halının olması müəyyən edilmişdir.
Seçki Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə görə namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir.
Beləliklə, 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd F.V.Yıldırım haqqında yuxarıda qeyd edilən hal istisna olmaqla digər hallar öz təsdiqini tapmamışdır. Həmçinin 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Z.M.Orucun seçkiqabağı təşviqatının aparılması ilə əlaqədar iddia edilən pozuntu halları müəyyən edilməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 88.4.4-cü, 112-ci, 112-1-ci, 113.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxşəliyev Ərəstun Əli oğlu, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Əhmədli Dadaş Rəşid oğlu və digərlərinin 28 yanvar 2020-ci tarixli 39 saylı müraciəti qismən təmin edilərək 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Yıldırım Fatma Vidadi qızına xəbərdarlıq edilsin, müraciət qalan hissədə əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
31.01.2020-ci il
Azərbaycan.- 2020.- 1 fevral.- S.5.