Azərbaycan Respublikası Prezidentinin “Turizm
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 1999-cu il
27 iyul tarixli 164
nömrəli və “Kənd təsərrüfatı kooperasiyası
haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli
270-VQ nömrəli Qanununun tətbiqi barədə”
2016-cı il 18 iyul tarixli
996 nömrəli fərmanlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Kənd təsərrüfatı
kooperasiyası haqqında”,
"Ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında”, "Turizm
haqqında” və
"Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
3 may tarixli 1582-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 11 iyun tarixli 733 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 7, maddə
426; 2003, ¹ 10, maddə 571; 2009, ¹ 4, maddə 226; 2014, ¹ 11, maddə
1410; 2016, ¹ 12, maddə 2074) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. ikinci
və üçüncü
abzaslar müvafiq olaraq üçüncü
və dördüncü
abzaslar hesab olunsun, aşağıdakı
məzmunda ikinci abzas əlavə edilsin:
"Turizm haqqında” Azərbaycan Respublikası Qanununun
4-1.5-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;”;
1.2. üçüncü
abzasda "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri "həmin
Qanunun” sözləri ilə əvəz edilsin;
1.3. dördüncü
abzasın sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda beşinci abzas əlavə edilsin:
"həmin
Qanunun 4-1.5-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
nəzərdə tutulur.”.
2. "Kənd təsərrüfatı kooperasiyası
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli
270-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
18 iyul tarixli 996 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 7, maddə 1267) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 2.1-ci və
2.2-ci bəndlər müvafiq
olaraq 2.2-ci və
2.3-cü bəndlər hesab
olunsun, aşağıdakı
məzmunda 2.1-ci bənd
əlavə edilsin:
"2.1. "Kənd
təsərrüfatı kooperasiyası
haqqında” Azərbaycan
Respublikası Qanununun
5.6-cı maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;”;
2.2. 2.2-ci bənddə
"Kənd təsərrüfatı
kooperasiyası haqqında”
Azərbaycan Respublikası
Qanununun” sözləri
"həmin Qanunun” sözləri ilə əvəz edilsin;
2.3. 2.3-cü bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
2.4-cü bənd əlavə
edilsin:
"2.4. həmin Qanunun
5.6-cı maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 yanvar 2020-ci il
Azərbaycan.- 2020.- 2 fevral.- S. 2.