Azərbaycan Respublikası Prezidentinin “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 266 nömrəli və “Turizmrekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 773 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ekoloji təhlükəsizlik haqqında”, "Su təchizatı tullantı suları haqqında”, "Avtomobil yolları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Aviasiya haqqında” "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1580-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 731 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Su təchizatı tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 45; 2001, ¹ 12, maddə 755; 2008, ¹ 8, maddə 719; 2010, ¹ 3, maddə 181, ¹ 10, maddə 848; 2011, ¹ 4, maddə 292; 2016, ¹ 2 (II kitab), maddə 251) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci-yeddinci abzaslar müvafiq olaraq üçüncü-səkkizinci abzaslar hesab olunsun aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"həmin Qanunun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.2. səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

"həmin Qanunun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında "orqan (qurumdedikdə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 6, maddə 491; 2016, ¹ 11, maddə 1801) ilə təsdiq edilmiş "Turizm rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin 4.6.9-cu yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"4.6.9. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən həmin sənədin dövlət ekoloji ekspertizası aparılmadan fəaliyyətin həyata keçirilməsi, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan digər fəaliyyətin həyata keçirilməsi.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2020-ci il

 

Azərbaycan.- 2020.- 2 fevral.- S. 2.