“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Dövlət satınalmaları
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1658-VQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
"Dövlət
satınalmaları haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 29
yanvar tarixli 668 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 1, maddə 51; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 5, maddə
861; Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 24
iyul tarixli 797 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.2-ci bəndinə
"2-ci maddəsinin” sözlərindən
əvvəl "1.4-cü maddəsinin
ikinci cümləsində,”
sözləri əlavə
edilsin.
2. 2.6-cı bəndinə
"Qanunun” sözündən
sonra "1.4-cü maddəsinin
ikinci cümləsində,”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 yanvar 2020-ci il
Azərbaycan.- 2020.- 2 fevral.-
S. 2.