Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2000-ci il
29 dekabr tarixli 435
nömrəli Fərmanında, 2012-ci il 6 iyun tarixli 648 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə”də və 2016-cı il 3 fevral tarixli 762 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti
orqanlarının Apelyasiya Şuraları
haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29
dekabr tarixli 435 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 1, maddə 28; 2002, ¹ 8, maddə 495; 2005, ¹ 12, maddə
1111; 2007, ¹ 12, maddə 1241; 2008, ¹ 5, maddə 363; 2010, ¹ 2, maddə
80; 2017, ¹ 8, maddə 1518; 2018, ¹ 2, maddə 170, ¹ 11, maddə
2249; 2019, ¹ 1, maddə 75, ¹ 8, maddə 1403) 3.23-cü bəndində
"yerli icra hakimiyyəti başçılarının
yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri,
inzibati ərazi dairələri üzrə
nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə
nümayəndəliklər” sözləri "Bakı
Şəhər İcra
Hakimiyyəti başçısının
yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında
avtomobil nəqliyyatı
ilə sərnişindaşıma
idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati
ərazi dairələri
üzrə nümayəndəlikləri
və sahə inzibati ərazi dairələri üzrə
nümayəndəlikləri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 6, maddə
542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə
246, ¹ 8, maddə 909, ¹ 10, maddə
1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə
1027, ¹ 12, maddə 1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə
1005, ¹ 11, maddə 1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab),
maddə 273, ¹ 5, maddələr
859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə
1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə
545, ¹ 5, maddə 807, ¹ 8, maddə
1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə
427, ¹ 4, maddə 659, ¹ 7 (I kitab),
maddə 1462, ¹ 10, maddə
2017, ¹ 12 (I kitab), maddələr
2538, 2596; 2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr
820, 826, 848, 852, 857, ¹ 6, maddə 1037) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin
1.5-ci bəndinin birinci
cümləsindən "dövlət
büdcəsindən maliyyələşən”
sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab),
maddə 226; 2017, ¹ 12 (I kitab),
maddə 2335; 2018, ¹ 4, maddə
661; 2019, ¹ 4, maddə 655) ilə
təsdiq edilmiş
"Yerli icra hakimiyyəti orqanlarının
Apelyasiya Şuraları
haqqında Nümunəvi
Əsasnamə”nin 1.1-ci bəndində
"dövlət büdcəsindən
maliyyələşən qurumların”
sözləri "orqanların”
sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
4.1. "Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29
dekabr tarixli 435 nömrəli Fərmanının
3-cü hissəsini nəzərə
alaraq, "Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
indiyədək qəbul
olunmuş Azərbaycan
Respublikası qanunlarının
tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin fərmanlarında
dəyişiklik edilməsi
və ya onların ləğvi ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.2. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 yanvar
2020-ci il
Azərbaycan.- 2020.- 2 fevral.-
S. 2.