Azərbaycan Respublikası PrezidentininTikintiinfrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil vermodeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikintiinfrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli və “Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 12 aprel tarixli 624 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İctimai iştirakçılıq haqqında”, "Dəniz limanları haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında "Tikinti infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1581-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 732 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2067; 2019, ¹ 3, maddə 413) ilə təsdiq edilmiş "Tikinti infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil vermodeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”na aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan tikinti infrastruktur obyektləri onlara oxşar obyektlərin layihələndirilməsi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqındaAzərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə aid olduqda, bu obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 624) ilə təsdiq edilmiş "Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”nin 2.2.5-ci 3.1.17-ci yarımbəndlərinə "institutlarısözündən sonra " hüquqi şəxslərsözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2020-ci il

 

Azərbaycan.- 2020.- 2 fevral.- S. 2.