2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müasir Müsavat
Partiyasının səlahiyyətli nümayəndəsinin
qeydiyyatının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 19/114
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə
Müasir Müsavat Partiyası 2020-ci il yanvarın 31-də Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) müraciət
edərək komissiyanın
21 dekabr 2019-cu il tarixli 20/95 saylı qərarı ilə partiyanın səlahiyyətli
nümayəndəsi kimi
qeydə alınmış
Nağıyeva Nərgiz
Əli qızının
qeydiyyatının ləğv
olunmasını xahiş
etmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müraciətə
baxaraq müəyyən
etmişdir ki, Müasir Müsavat Partiyasının səlahiyyətli
nümayəndəsi N.Ə.Nağıyevanın
qeydiyyatı ləğv
olunmalı və
"Azərbaycan Respublikasında
keçirilən seçkilərdə
(referendumda) namizədin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının və
referendum üzrə təşviqat
qruplarının səlahiyyətli
nümayəndələrinin statusu haqqında Təlimat”ın 3.3-cü bəndinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən
ona verimiş lövhəcik etibarsız
hesab edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 22-ci, 28.2-ci, 28.4-cü və
52.5-ci maddələrinə və qeyd edilən
Təlimatın 3.3-cü bəndinə
əsasən qərara
alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə Müasir
Müsavat Partiyasının
səlahiyyətli nümayəndəsi
Nağıyeva Nərgiz
Əli qızının
qeydiyyatı ləğv
olunsun və Mərkəzi Seçki Komissiyası tərəfindən
ona verimiş lövhəcik etibarsız
hesab edilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
01.02.2020
Azərbaycan.- 2020.- 2 fevral.-
S.4.