2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 30 yanvar
2020-ci il tarixli 42
saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 19/115
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə
54 saylı Şabran-Siyəzən
seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüş Aslanova
Zəhra Əliağa
qızı 30 yanvar
2020-ci ildə Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) yazılı
müraciət edərək
həmin seçki dairəsində seçkiqabağı
təşviqatın aparılması
qaydalarının pozulduğunu
bildirmiş və müvafiq tədbirlərin
görülməsini xahiş
etmişdir.
Şikayət Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
(Seçki Məcəlləsi)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata
qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizəd Z.Ə.Aslanova müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüşdür. Seçkiqabağı təşviqat dövründə həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Sadiq Qurbanovun qanunazidd təşviqatı tərəfdarları tərəfindən aparılmışdır. Ərizəçi bununla bağlı şikayətə bir ədəd elektron məlumat daşıyıcı əlavə etmişdir.
Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, ona araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Qeydə alınmış namizəd Z.Ə.Aslanova tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan video görüntüyə Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun təmsilçiləri cəlb edilməklə birgə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 2020-ci il yanvarın 25-də Siyəzən rayonu Təhsil Şöbəsinin akt zalında keçirilmiş tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının sədri, eyni zamanda Siyəzən rayon Məşğulluq Mərkəzinin direktoru Heydərov Etibar Murad oğlu tərəfindən 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə həmin partiya tərəfindən namizədliyi irəli sürülmüş və qeydə alınmış namizəd Qurbanov Sadiq Haqverdi oğlunun təşviqatı Seçki Məcəlləsinin tələbləri pozulmaqla aparılmışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin tədbirdə YAP-ın səlahiyyətli nümayəndəsi və namizəd S.H.Qurbanov iştirak etməmişlər.
Seçki Məcəlləsinin 112-1.11.2-ci və 113.1-ci maddələrinə əsasən namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda, müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir.
Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və Seçki Məcəlləsinin tələblərinin pozulmasına görə E.M.Heydərov barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsi üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 112-1.11.2-ci, 113.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Aslanova Zəhra Əliağa qızının 30 yanvar 2020-ci il tarixli 42 saylı müraciəti təmin edilsin, YAP Siyəzən rayon təşkilatının sədri Heydərov Etibar Murad oğluna xəbərdarlıq edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
01.02.2020
Azərbaycan.- 2020.- 2 fevral.- S.4.