Dağlıq Qarabağ abidələri - erməni terroru” internet məkanında

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt Şəhər Gənclər İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə layihə rəhbəri Əli Miriyev çıxış edərək layihənin Gənclər fondunun XIII qrant müsabiqəsində qalib olduğunu bildirib.

Məqsəd Qarabağ ərazisində olan münaqişə zamanı məhv edilən maddi mədəniyyət nümunələri, tarix mədəniyyət abidələri haqqında məlumatları gənclərə çatdırmaq informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır. Bu istiqamətdə ən gözəl nümunə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalətkampaniyasıdır bu layihə onun tərkib hissəsidir. .

Layihə koordinatoru Əliyar Rəfiyev çıxışında layihənin əhəmiyyətindən, tarix boyu ermənilərin vətənimizə qarşı işğal siyasətindən, törədilən vəhşiliklərdən danışıb, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsinin təbliğat işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra erməni işğalı nəticəsində məhv edilmiş saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilib. Məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq beynəlxalq təşkilatların elektron ünvanları iştirakçılara çatdırılıb onlara maarifləndirici bukletlər paylanılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2020.- 2 fevral.- S. 7.