Şri-Lanka Demokratik
Sosialist Respublikasının
Prezidenti Zati-aliləri
cənab Qotabaya Racapaksaya
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və bütün xalqınızı Azərbaycan
xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli
dostluq əlaqələri,
xüsusən də Qoşulmama Hərəkatı
çərçivəsində əməkdaşlığımız bundan sonra da
uğurla davam edəcəkdir.
Sizə möhkəm
cansağlığı, işlərinizdə
uğurlar, dost Şri-Lanka
xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 yanvar 2020-ci il.
Azərbaycan.- 2020.- 4 fevral.-
S.1.