Birinci vitse-prezident Mehriban
Əliyeva Azərbaycan gənclərini təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Əziz gənclər, Sizin
hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən
təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz.
Mən əminəm ki, siz
öz zəkanız, biliyiniz,
bacarığınızla, qələbə və nailiyyətlərinizlə
xalqımızı daim sevindirəcək
və Azərbaycanın inkişafına layiqli
töhfənizi verəcəksiniz. Bütün
gənclərimizə möhkəm cansağlığı,
tükənməz ruh yüksəkliyi,
gözəl əhval-ruhiyyə, xoşbəxtlik və
firavanlıq arzulayıram!”
Azərbaycan.- 2020.- 4 fevral.- S.1.