Azərbaycan enerjinin əlçatanlığına görə dünyada ikincidir

 

Bu, ölkədə həyata keçirilən sosial infrastruktur layihələri hesabına mümkün olmuşdur

 

Müstəqilliyimizin bərpasından keçən dövr ərzində Azərbaycanda nəhəng infrastruktur layihələri icra edilib. Bu layihələrin bir hissəsi beynəlxalq əhəmiyyət daşıyır. "Bakı-Tbilisi-Qars”, "Şimal-Cənub nəqliyyat dəhlizi”, Ələt Beynəlxalq Ticarət Limanı, Bakıdan qonşu ölkələrin sərhədlərinədək çəkilən magistral avtomobil yolları və s. belə transmilli layihələrdəndir.

Bununla yanaşı, ölkə üçün əhəmiyyətli mühüm infrastruktur layihələr də icra edilir. Ucqar dağ kəndlərinə çəkilən avtmobil yolları, qaz, elektriksu xətləri, tikilən sosial obyektlər, istifadəyə verilən yeni məktəblər və xəstəxanalar Azərbaycanı infrastruktur sarıdan regionun qabaqcıl ölkələri sırasına çıxarıb.

İnfrastruktur layihələrinin icrası beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatında da ölkəmiz avtomobil, hava və dəmir yollarının inkişafı, sərnişin və yükdaşıma səviyyəsinə görə öncül yerlərdə qərarlaşıb.

İnfrastruktur layihələrin icrası davam edəcək. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: "Bu il həm magistral, həm şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr icra ediləcək. Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhəd yolunun, Astara-İran sərhəd yolunun tikintisi nəzərdə tutulubdur. Keçən il 1300 kilometr yol çəkilmişdir. Biz təqribən min kilometr planlaşdırdıq, ancaq il ərzində Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik”.

Elektrik enerjisi sahəsində də infrastrukturun təkmilləşdirilməsi istiqamətində mühüm layihələr icra edilir. Məlum olduğu kimi, ötən il "Şimal-2” elektrik stansiyası istifadəyə verilmişdir. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla yanaşı, Mingəçevir İstilik Elektrik Stansiyasında və digər stansiyalarda aparılan təmir-bərpa işləri sayəsində təxminən 400 meqavat itirilmiş generasiya gücü bərpa edilmişdir. Görülən bu işlər sayəsində keçən il 800 meqavat əlavə generasiya gücü yaradılmışdır. Beləliklə, ölkəmizin daxili tələbatı ödənildikdən sonra 1000 meqavat artıq generasiya gücü yaranmışdır ki, bu da enerji ixracından 60 milyon dollar gəlir əldə etməyə imkan verir.

Ölkəmizdə müasir texnikatexnologiyalardan istifadə etməklə alternativ enerjinin əldə edilməsinə də böyük diqqət ayrılır. Keçən ilin sonunda Bakıda iki böyük investorla iki layihənin icrası üzrə müqavilə imzalanmışdır. Bu, ölkəmizdə bərpa olunan enerji növlərinin yaradılması istiqamətində mühüm addımdır. Həmin müqavilələrin şərtlərinə görə, iki böyük elektrik stansiyası tikiləcək - biri külək, digəri Günəş. Birlikdə gücü 440 meqavat nəzərdə tutulan bu stansiyalar regionun ən böüyk analoji obyektləri olacaq. Onu da qeyd edək ki, bu layihə bütünlükdə investorların vəsaiti hesabına reallaşacaq.

Ölkəmizdə bərpa olunan enerji növlərinin yaradılması üçün başqa layihələr də icra edilir. 50 meqavatlıq belə stansiyalardan biri artıq istismara verilib. 84 meqavatlıq yeni stansiyanın layihələndirilməsi işləri isə başa çatmaq üzrədir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin enerji balansında bərpa olunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bu istiqamətdə həyata keçirilən uzunmüddətli strategiyaya uyğun olaraq, hədəf bu göstəricini 30 faizə çatdırmaqdır. Azərbaycanda Günəş və külək enerji stansiyalarının qurulması üçün kifayət qədər əlverişli yerlərin mövcudluğu həmin hədəfə çatmağa imkan verir. Onu da qeyd edək ki, Davos Dünya İqtisadi Forumunun hesabatında ölkəmiz enerjinin əlçatanlığına görə dünyada ikinci yerdə qərarlaşıb.

Ümumiyyətlə, Azərbaycanda bütün sahələr üzrə infrastrukturun yaradılmasına diqqət yetirilir. Xüsusilə sosial əhəmiyyətli layihələrin icrası ön plandadır. Bunun nəticəsidir ki, ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Ötən il qazılan 345 subartezian quyusu isə yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdırıb. Yeri gəlmişkən, cari ildə daha 400 artezian quyusunun qazılması planlaşdırılır.

Ölkəmizdə təhsil və tibb sahəsində infrastruktur layihələrin icrası da yaddan çıxmır. Təkcə son vaxtlar 60 tibb müəssisəsi, 84 məktəb tikilibya əsaslı təmir edilib. Məktəblərdən 50-si modul tiplidir. Belə məktəblər kiçikucqar dağ kəndlərində inşa edilir. Çünki belə yerlərdə şagirdlərin sayı az olduğu üçün kiçik məktəblərin tikilməsi daha məqsədəuyğundur.

Dövlət bölgələrdə sosial-iqtisadi infrastruktur layihələrini operativ icra etmək üçün onları sosial-iqtisadi inkişaf proqramlarına daxil edir. İndiyədək həmin proqramların icrası sayəsində bölgələrdə minlərlə müxtəlif tipli sosial infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan IV Dövlət Proqramı da istisna deyil. Bu proqramın icrası bölgələrin sosial infrastrukturunun inkişafında mühüm rol oynayacaq.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.- 4 fevral.- S.9.