Tarixin ən güclü Azərbaycanını
yaradan siyasət
İlham Əliyev: "Əsas məqsəd dövlətimizin
möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir”
2019-cu il ölkəmiz üçün iqtisadi sahədə müsbət göstəricilərlə yadda qaldı. 2016-cı ildən başlanan yeni iqtisadi islahatların nəticələri özünü ötən il daha geniş miqyasda göstərdi. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər, qeyri-neft sektorunun inkişafını sürətləndirən islahatlar iqtisadiyyatda nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin etdi.
16 ilin hesabatı
Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinə həsr olunan konfransda bu barədə geniş bəhs edildi. Amma öncə onu qeyd edək ki, konfrans dördüncü dövlət proqramının birinci ilinin yekunları ilə bağlı olsa da, əslində, son 16 ilin sosial-iqtisadi inkişafının hesabatı verildi. Qeyd edək ki, əvvəlki üç proqram Azərbaycanın yalnız bölgələrinin deyil, bütünlüklə ölkənin sosial-iqtisadi inkişafının lokomotivi olaraq real nəticələrlə başa çatıb. Həmin sənədlərdə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.
Bu gün zaman göstərir ki, İlham Əliyev 2004-cü ildən başlayaraq dövlət proqramlarını təsdiq etməklə çox böyük uzaqgörənlik edib. Çünki onların nəticəsində Azərbaycanın imkanlarından səmərəli istifadə olunub, bütün iqtisadi potensial hərəkətə gətirilib ki, bunun da uğurlu nəticələri göz önündədir. Ümumi daxili məhsulun dəfələrlə artımı, qeyri-neft sektorunda, o cümlədən qeyri-neft sənayesində qürurdoğuran yüksəliş baş verib, Azərbaycan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövlətinə çevrilib.
Onu da qeyd edək ki Prezidentin bölgələrə mütəmadi səfərləri və bu səfərlərin nəticəsi olaraq imzaladığı sərəncamlar dövlət proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verib.
Milli yüksəliş salnaməsinin uğur
nümunələri
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi rəqəmlər və faktlar tarixin ən güclü Azərbaycanının aydın mənzərəsini yaradır. Beləliklə, 16 ildə Azərbaycanda baş verən iqtisadi dəyişikliklərə nəzərə salaq. Bu dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da dünyada rekord göstəricidir. O cümlədən:
- sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə artıb;
- valyuta ehtiyatlarımız 27 dəfə artaraq 52 milyard dollara çatıb;
- Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib;
- Bakı-Tbilisi-Qars dəmir yolu tikilib;
- "Cənub qaz dəhlizi” çəkilib;
- Xəzərdə
ən böyük liman olan Ələt
Beynəlxalq Dəniz Limanı salınıb;
- 6-sı beynəlxalq
olmaqla, 7 aeroport tikilib;
- Oğuz-Qəbələ-Bakı
su kəməri çəkilib;
- orbitə
3 peyk çıxarılıb;
- 33 elektrik stansiyası tikilib, 3 min meqavat yeni generasiya
gücü yaradılıb;
- qazlaşdırmanın
səviyyəsi 51 faizdən
96 faizə çatıb;
- 16 min 700 kilometr
avtomobil yolu tikilib;
- yoxsulluq
50 faizdən 4,8 faizə
düşüb;
- Taxtakörpü
və Şəmkirçay
su anbarları tikilib;
- 1500-dən çox
artezian quyusu qazılıb;
- orta
əməkhaqqı 11 dəfə,
pensiyalar 8 dəfə
artıb;
- 300 mindən çox məcburi köçkünə, 6700 şəhid
ailəsinə evlər,
mənzillər verilib.
Beləliklə, dördüncü
dövlət proqramının
birinci ili
də daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən
əzəmətli layihələr
Azərbaycan dövlətinin
və xalqının çox qısa dövr ərzində nail olduğu misilsiz, möhtəşəm və
tarixi nailiyyətlər,
milli yüksəliş
salnaməsinin nümunələridir.
"Bu layihələrin aparıcı qüvvəsi,
təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən
ölkə bizik - Azərbaycandır və bunu etmişik. Bu layihələrin hər biri tarixi
əhəmiyyət daşıyır.
Bu layihələrin, ümumiyyətlə, görülən
işlərin hamısı
Azərbaycan xalqı qarşısında böyük
xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu
inkişafımızı, sabitliyi
şərtləndirən, cəmiyyətdə
xoş əhvali-ruhiyyəni
formalaşdıran bizim
siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim
bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də,
işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün
qüvvəti imzamız
qədər olmalıdır
və bu gün bu, belədir”
- konfransda İlham Əliyev bu barədə danışarkən
bildirib.
Növbəti hədəflərə
çatmaq üçün
etibarlı bünövrə
Azərbaycan üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi
həssas dönəmlərdə
belə öz yolu ilə inamla
addımlamasıdır. Bunun da əsas səbəblərindən
biri dövlət proqramlarının icrası
nəticəsində yaradılmış
iqtisadi potensialdır.
Beynəlxalq iqtisadi geriləmənin
yaşandığı və
sınaq dövrü olan illərdə Azərbaycan böhrandan layiqincə çıxıb
və həyata keçirilən iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm
qoyub.
Bu siyasət
2019-cu ildə respublikamızda
iqtisadiyyatın bütün
sahələrində müsbət
nəticələrin qazanılmasını
təmin etdi. Ona görə dövlət proqramının ilk ili də kifayət qədər mühüm göstəricilərlə
zəngindir. Dövlət başçısının qeyd etdiyi kimi,
proqram artıqlaması
ilə icra edilib, nəzərdə tutulmuş məsələlər
həll olunub. Belə ki, ötən
il Azərbaycanda iqtisadiyyat 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ötən il 98 min yeni
iş yerinin yaradılması da qeyri-neft sənayesində baş verən artımın məntiqi nəticəsidir. Bu da onu göstərir
ki, ölkədə həyata keçirilən
yeni iqtisadi islahatlar öz bəhrəsini verir.
Misal üçün,
bir neçə il əvvəl yaradılan sənaye zonalarında artıq ötən il istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb.
Ötən il inflyasiyanın cəmi 2,5 faiz təşkil
etməsi də iqtisadiyyatda gedən pozitiv proseslərin nəticəsidir. Əhalinin
gəlirlərində isə
7,4 faizlik artım var ki, bu da
inflyasiyanın 3 dəfəyə
qədər üstələnməsi
deməkdir. Təbii ki, sosial məsələlər baxımından
son bir ilin ən böyük hadisəsi 2019-cu ilin əvvəllərindən başlanan
islahatlardır. Bunun
da nəticəsində
4,2 milyon insanın sosial və maddi vəziyyəti
yaxşılaşdırıldı. Minimum əməkhaqqı təxminən 2 dəfə,
minimum pensiya 70 faizdən
çox artdı.
Sosial infrastruktur sahəsində
də vəziyyət ürəkaçandır. Belə ki, ötən
il 84 məktəb,
60 tibb müəssisəsi
tikilib və təmir edilib.
Digər infrastruktur
sahələrinə gəldikdə
2019-cu ildə ölkədə
əlavə 800 meqavat
elektrik enerjisi əldə olunub, 1300 kilometr avtomobil yolu salınıb, 80 min hektar torpağa su verilməsi təmin edilib, 300-dən çox subartezian quyusu qazılıb. Ötən ilin yaddaqalan mühüm iqtisadi hadisələrindən
biri də valyuta ehtiyatlarımızın
6,4 milyard dollar artmasıdır.
Bu gün
dünyanın siyasi-iqtisadi
reallıqları kifayət
qədər təzadlı,
neqativ hadisələrlə
doludur. O cümlədən
Azərbaycana yaxın
coğrafiyalarda da hərbi-siyasi proseslər baş verməkdədir. Amma mürəkkəb qlobal proseslər fonunda Azərbaycan iqtisadiyyatında
inkişaf və makroiqtisadi sabitlik davam edib. Qeyri-neft sektorunun iqtisadi artımın əsas mənbələrindən birinə
çevrilməsi istiqamətində
keçirilən islahatlar
yeni nəticələr
verib, investisiya fəallığı yüksək
səviyyədə qalıb.
Bu baxımdan əvvəlki
illərdə olduğu
kimi, ötən il də
respublikamızda sosial-iqtisadi
inkişafın davamlı
olması, əhalinin rifah halının daha da yaxşılaşdırılması,
ölkənin beynəlxalq
nüfuzunun əhəmiyyətli
dərəcədə yüksəldilməsi,
milli və dövlətçilik maraqlarının
təmin olunması baxımından mühüm
mərhələ oldu.
Əldə olunan hər bir müsbət nəticə isə dördüncü dövlət
proqramında qarşıya
qoyulan vəzifələrin
yerinə yetirilməsindən
xəbər verir. Qazanılan hər
bir uğur isə növbəti hədəflərə çatmaq
üçün etibarlı
bünövrədir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2020.- 5 fevral.- S.1-2.