Distant təhsil
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ideyası
əsasında həyata
keçirilən bu layihə uğurla tətbiq olunur
Müasir texnologiyanın inkişafı
respublikanın təhsil
sisteminə də müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, distant tədris sistemi hazırda aktiv istifadə edilməkdədir. Distant təhsil öyrədən
və öyrənən
arasında əlaqəni
kompüter şəbəkələri
vasitəsilə internet üzərindən
operativ, müntəzəm
dialoq, əks əlaqə əsasında
uzaq məsafədən
həyata keçirir.
Distant təhsil prosesində tədris metodik kompleksdən: kompüter, təqdimat videoları, multimedia texnikası
və s. kimi təlim vasitələrindən
istifadə olunur. Məsafəli təhsil şagirdilə
müəllim fiziki olaraq bir yerdə
olmasa da, hər iki tərəfin
canlı ünsiyyətini
təşkil edən texnologiyadır. Ölkəmizdə distant təhsil yeni olsa da, ictimaiyyət
bu sistemin zəruriliyini anlayır, qabaqcıl təhsil müəssisələri və
peşəkar müəllimlər
tədris prosesində
onu tətbiq edirlər.
Distant təhsil
ilkin olaraq dünyanın bəzi inkişaf etmiş ölkələrində tətbiq
olunmuş və bu yöndə müəyyən irəliləyişlər
əldə edilmişdir. 19 iyun 2009-cu ildən "Təhsil haqqında” qanuna görə, Azərbaycanda təhsil almanın formalarından biri də distant təhsildir. Distant təhsilin tətbiqi üçün məktəblərin
internetə çıxışı
təmin edilməli, təhsil alanın evində müvafiq şərait, avadanlıq olmalıdır. Distant təhsil tədris prosesini internet üzərindən
həyata keçirərək
virtual şəbəkə vasitəsilə insanların
elektron təhsil almasına şərait yaradır. Şagird təhsilindən və müəllimindən
ayrılsa da, bu sistem vasitəsilə
vaxt itirmədən telekommunikasiya vasitələri
üzərindən öz
təhsilini istədiyi
vaxt davam etdirə bilir.
"Heç
kəs təhsilsiz qalmasın!” Bu, təhsil
sisteminin baş devizidir. Distant təhsil orta ümumtəhsil məktəblərində
və ümumiyyətlə,
tədris ocaqlarında
çoxdan tətbiq olunsa da, səhiyyə
müəssisələrində bu təlim texnologiyasına
müraciət yenidir.
Məlumdur ki, məktəbəqədər
və məktəbyaşlı
uşaqların səhhətində
yaranan problemlərə,
xəstəliklərə görə
onlar təhsillərini
məktəbdə davam
etdirə bilmirlər,
bəzilərinin vəziyyəti
kəskin olduğundan,
ümumiyyətlə, məktəbə
gedə bilmir və yaxud təhsillərini
yarımçıq qoymağa
məcbur olurlar.
Buna görə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ideyası əsasında Respublika Təhsil Nazirliyinin dəstəyi ilə səhiyyə müəssisələrində tətbiq edilən "Müalicə alan uşaqların Distant Təhsil”
layihəsi bu yöndə atılmış
ən gözəl addımlardan biridir.
Bu layihə Milli Hematologiya və Transfuziologiya Mərkəzində
sağlamlıq imkanları
məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlərə, burada müalicə alan bağça
yaş dövrü, məktəbəqədər və
məktəbyaşlı uşaqlar
üçün distant təhsil
almaq imkanı yaradır. Ölkənin Milli Hematologiya
və Transfuziologiya Mərkəzində, eləcə
də Talassemiya Mərkəzində bu layihə əsasında səhhətində problem yaranan
uşaqlar müalicə
almaqla burada olduğu müddət ərzində öz təhsillərindən geri
qalmır və məktəbdə keçdiyi
mövzudan başlayaraq
dərslərini davam etdirə bilirlər.
Bilik səviyyəsindən asılı
olmayaraq, şagirdlərə
mövzular üzrə
hazırlanmış xüsusi
təqdimat dərslərindən
ibarət təlimlər
də keçirilir. Şagird bunun
sayəsində həm
keçdiyi mövzunu
təkrarlayır, həm
də yeni mövzuya dair bilgilər əldə edir. Xüsusi hazırlanmış təqdimat videoları uşaqların mövzuları
daha yaxşı başa düşməsinə
kömək edir, videoçarxlar vasitəsilə
onların dərsi daha asan mənimsəmələrinə
şərait yaradır.
Xəstəliyinə görə heç vaxt məktəbə gedə bilməyən uşağa isə burada sıfırdan təhsil verilir, müəyyən olunmuş
proqram əsasında dərs deyilir. Distant təhsil, həmçinin
şagirdlərin cəmiyyətdən
təcrid olunmalarının
qarşısını alır.
Onlarda özünə və gələcəyə inam
hissi, yeni ideyalar formalaşdırır.
Bundan əlavə, bağçayaşlı
uşaqlara gərəkli
bilgilər verilir, məktəbəqədər yaşında
olan (3-5 yaş) uşaqlara nitq vərdişləri aşılanır.
Dərs prosesi xüsusi hazırlanmış təqdimat
və videolar vasitəsilə davam etdirilir.
Distant təhsildə
şagirdlər elektron
materiallar, elektron dərslik, şagirdlərin
yaş səviyyələrinə
uyğun formada hazırlanmış tədris
materialları ilə təmin olunur, dərslər yüksək
əyanilik prinsipi çərçivəsində həyata keçilir. Bu zaman çeviklik, modulluq, müəllim qabiliyyəti, təhsilin keyfiyyətinə xüsusi
nəzarət, şagird
ilə qurulan dialoq, müasir texnologiyalardan istifadəyə
yararlı ənənəvi
resurslar təhsilin xarakterik xüsusiyyətləri
hesab edilir.
Distant təhsil
prosesində keçilən
ambulator dərslər
xüsusilə diqqətəlayiqdir. Müəllimlərini görən kimi uşaqlarda yaranan dərs öyrənmək
həvəsi, təhsilə
olan maraqları, onların hər birinin gələcəyinə
səpilmiş toxum, dünyanın bəlkə
də ən böyük sevincidir.
Burada hər bir müəllim
uşaqlara xüsusi yanaşma metodundan istifadə edir. Hər dərsin sonunda şagirdin qiymətləndirilməsi
onların növbəti
dərsə daha həvəslə hazırlaşmalarına
stimul yaradır.
Valideynlər tərəfindən bu xeyirxah işin
sevilməsi, bu layihəyə olan inam və rəğbətləri
hamımızın ürəyincədir.
Tədris olunan Azərbaycan dili və ədəbiyyat,
biologiya, həyat bilgisi, musiqi, riyaziyyat, coğrafiya, tarix, ingilis dili, texnologiya, təsviri incəsənət
kimi fənlər üzrə xüsusi müəllimlər çalışır. Musiqi dərslərində
Azərbaycanda ilk dəfə
olaraq tətbiq olunan musiqi terapiyasından
istifadə olunur.
Psixoloq uşaqlarla xüsusi formada məşğul olaraq təlimin və tərbiyənin psixoloji qanunauyğunluqlarını
dərindən yiyələnməkdə
onlara kömək göstərir. Hər bir
müəllim hazırlanmış
dərs proqramı üzrə öz fənnini distant olaraq tədris edir.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gəlir,
Mərkəzin fəaliyyəti
və Talassemiya Mərkəzində aparılan
müayinə və müalicə prosesi ilə yaxından tanış olur, distant təhsil prosesinə cəlb olunmuş uşaqlarla palatalarda görüşür, dərs
prosesləri ilə maraqlanır və bu sahədə əlindən gələn
köməyi əsirgəmir.
Leyla xanım mərkəzə
hər gəlişində
qayğıya, yardıma
ehtiyacı olanlara xüsusi diqqət yetirir, uşaqların bütün istəklərini
yerinə yetirir. İnanırıq ki, bu cür
gözəl layihələr
sayəsində ölkəmizin
heç bir vətəndaşı, şagirdi
ən çətin anda belə, köməksiz və təhsilsiz qalmayacaq.
Könül HACIYEVA,
"Distant Bilik” Mərkəzinin müəllimi
Azərbaycan.-
2020.- 5 fevral.- S.7.