Türk Şurasının nümayəndə heyəti Mərkəzi
Seçki Komissiyasının sədri ilə
görüşüb
Fevralın
4-də Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2020-ci il fevralın 9-da keçiriləcək Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkiləri müşahidə etmək məqsədi ilə
ölkəmizdə səfərdə olan Türk Şurasının nümayəndə
heyəti ilə görüşüb.
Sədr Məzahir Pənahov nümayəndə heyətini salamlayaraq görüşdən məmnunluğunu bildirib və qeyd edib ki, rəhbərlik etdiyi qurum beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa daim xüsusi əhəmiyyət verir. Məhz beynəlxalq qurumlarla sıx münasibətlərin nəticəsidir ki, Azərbaycanda seçki sistemi və seçki praktikası ilbəil daha da təkmilləşərək hazırkı inkişaf səviyyəsinə çatıb.
Türk Şurası nümayəndə heyətinin üzvləri MSK-dakı səmimi qəbula görə minnətdarlıqlarını bildirib, ölkəmizin seçki sistemi və qarşıdan gələn Milli Məclisə seçkilərə hazırlıq istiqamətində görülən işlərlə maraqlanıblar. Nümayəndə heyətinin suallarını ətraflı cavablandıran MSK sədri, Milli Məclisə seçkilərin yüksək səviyyədə hazırlanıb azad və ədalətli keçirilməsi üçün reallaşdırılan irimiqyaslı layihələri və atılan addımları onların diqqətinə çatdırıb.
Görüş
çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-
2020.- 5 fevral.- S.3.