Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovu təbrik edib
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyi və “Şərəf” ordeni alması münasibətilə
paylaşım edib.
AZƏRTAC xəbər
verir ki, paylaşımda deyilir: “Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik
məktəbinin layiqli
davamçısı, Azərbaycan
Respublikasının Xalq
artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə
səmimi-qəlbdən təbrik
edirəm!
Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti
Əlibaba Məmmədova
bütün xalqımızın
böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən
istifadə edərək
yeni xanəndələr
nəslinin yetişdirilməsi
üçün əlindən
gələni əsirgəməyən
Əlibaba Məmmədovun
muğam ifaçılığı
məktəbinin inkişaf
etdirilməsində böyük
xidmətləri var.
Bu əlamətdar
gündə sevimli xanəndəmizə ən
xoş arzularımı
çatdırır, ona
möhkəm cansağlığı
və doğma və yaxınlarının
əhatəsində firavan
həyat arzulayıram”.
Azərbaycan.- 2020.- 6 fevral.- S.1.