Ötən il Azərbaycan-Qırğızıstan
ikitərəfli münasibətlərinin inkişafı
baxımından uğurlu olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, nazir Çingiz Aydarbekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
-Xoş gəlmisiniz, sizi görməyimə şadam.
Sabah sizin mühüm
tədbiriniz başlayır.
Əminəm ki, tədbir bizim ötən il
keçirdiyimiz Sammit zamanı dövlət başçıları tərəfindən
verilən bütün
tapşırıqlar ruhunda
yaxşı keçəcək.
Əlbəttə, təşkilatımız ildən-ilə güclənir
və bütün türkdilli dövlətlər
arasında əməkdaşlığın
möhkəmlənməsi üzrə
çox mühüm məsələləri həll
edir. Son zamanlar həm siyasi qarşılıqlı
fəaliyyət planında,
eyni zamanda, iqtisadi inteqrasiya üzrə və mədəniyyət, təhsil
sahələrində çoxlu
təşəbbüslər irəli sürülüb.
Həm
fond yaradılıb, həm
də akademiya fəaliyyət göstərir.
Beləliklə, biz öz işimizi
daha məzmunlu edirik.
Hesab edirəm ki, ötən il ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin inkişafı
baxımından uğurlu
olub. Mən beynəlxalq tədbirlər
çərçivəsində Prezidentlə bir neçə dəfə görüşmüşəm. Əməkdaşlığın möhkəmlənməsi istiqamətində
bu il
də mühüm tədbirlər nəzərdə
tutulub. Qırğızıstan bizim üçün
çox yaxın ölkədir, qardaş ölkədir və biz ikitərəfli qarşılıqlı
fəaliyyəti inkişaf
etdirmək istəyirik.
Beləliklə, düşünürəm
ki, bu il siz öz
həmkarınızla birgə
həyata keçirəcəyiniz
tədbirləri müəyyən
edəcəksiniz.
Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov dedi:
-Hörmətli İlham Heydər oğlu, çox sağ olun. İlk növbədə, Sizə təşəkkürümü
bildirmək istərdim. Gərgin iş
rejiminə baxmayaraq, Siz
görüşmək və hər şeydən əvvəl
Qırğızıstan-Azərbaycan münasibətlərinin
perspektivlərini müzakirə etmək üçün
vaxt tapdınız. Siz qeyd etdiyiniz kimi, ötən il və ondan əvvəlki
il Sizin şəxsi
diqqətiniz və qardaşlıq, dostluq
münasibətlərimizi möhkəmləndirmək istiqamətində
bizim Prezidentin səyləri
sayəsində əməkdaşlıq çox
fəal şəkildə inkişaf edib. Ötən il türkdilli dövlətlərin başçılarının
Bakı Sammitində tarixi hadisə baş verdi, təşkilatımız
böyüdü, bundan
başqa, Avropada Türk Şurasının ofisi
açıldı. Zənnimizcə, Sizin bizim Prezidentimizlə çox
vacib görüşünüz
oldu. Həmin görüşdə siz tərəflərin hökumətlərinin
icra etdikləri,
reallaşdırdıqları konkret perspektiv, aktual
razılaşmaları müəyyən etdiniz.
Onların arasında Qırğız-Azərbaycan məktəbinin,
Qırğız-Azərbaycan dostluq
parkının tikintisi haqqında
razılaşma da var.
Ötən il dekabrın 24-də biz məktəbin təməlini qoyduq. Bu il
yanvarın 10-da isə şəxsən bizim
Prezidentin iştirakı ilə, - o, qardaşlıq münasibətlərimizə
böyük diqqət yetirir,
- park zonasının təməlqoyma mərasimi
oldu. Bu, şəhərimizin
ən mötəbər nöqtəsidir və şəhərimizin
sakinləri bunu böyük
ruh yüksəkliyi ilə
qarşıladılar. Biz Sizin
Qırğız Respublikasına rəsmi səfərinizi səbirsizliklə
gözləyirik.
Azərbaycan.- 2020.- 6 fevral.- S.2.