2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 20/119
2020-ci il
fevralın 9-na təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə seçkilərdə
Vahid Azərbaycan Partiyası Mərkəzi Şurasının 2020-ci il
31 yanvar tarixli iclasının qərarı
ilə səlahiyyətli
nümayəndələr təyin
olunmuş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) təqdim
edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün hüquqi
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və
52-ci maddələrinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə aşağıdakı
şəxslər Vahid
Azərbaycan Partiyasının
səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
Elçin Müqarib
oğlu Səlimov
Fəranə Qafar qızı Məmmədova
Ruqiyyə Qafar qızı Məmmədova
Ruslan Fərman
oğlu Əliyev
Hamlet Fərhad oğlu Seyidov
Qəhrəman Cəfər
oğlu Mirzəyev
Vidadi Gülheydar
oğlu Əsgər
İslam Habir oğlu Qəhrəmanov
Nail Ziyafət oğlu Qardaşov
Namiq Mais oğlu Sadıqov
Amil Zahir oğlu Beydullayev
Mürşüd Bəylər
oğlu Bayramov
Elman Nurəddin oğlu Əsgərov
Elçin Mehman oğlu Vəlizadə
Rövşən Elşad
oğlu Musayev
Nizami Qələndər
oğlu Məmmədov
Şahmar Seyidağa
oğlu Mahmudov
Fərid Cabbar oğlu Həsənov
Mahir Eldar oğlu Abdullayev
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
05.02.2020-ci il
Azərbaycan.- 2020.- 6 fevral.-
S.3.