2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 4 yanvar 2020-ci
il tarixli 1419 saylı
müraciətə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 20/122
35 saylı Xətai üçüncü
seçki dairəsi dairə seçki komissiyasının (dairə
seçki komissiyası)
sədri Q.S.Qaratov Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
2020-ci il fevralın
5-də yazılı müraciət
edərək 2020-ci il
fevralın 9-na təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə (Milli Məclis) seçkilərdə
Azərbaycan Ümid Partiyasının (Ümid
Partiyası) həmin seçki dairəsi üzrə məşvərətçi
səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə dairə seçki komissiyasının
16 yanvar 2020-ci il tarixli qərarlarının
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
(Seçki Məcəlləsi)
tələblərinə uyğun
qəbul edilmədiyini
bildirmiş, bununla bağlı qanuna uyğun tədbirlərin görülməsini xahiş
etmişdir.
Müraciətə əlavə
edilmiş dairə seçki komissiyasının
16 yanvar 2020-ci il tarixli qərarlarından müəyyən edilir ki, Ümid Partiyası
tərəfindən məşvərətçi
səs hüquqlu üzvlər və müşahidəçilər təyin edilmiş, onların təsdiq edilməsi və qeydə alınması üçün sənədlər
komissiyaya təqdim edilmiş, komissiya Ümid Partiyasının müraciətlərini təmin
edərək həmin
şəxsləri məşvərətçi
səs hüquqlu üzv və müşahidəçi kimi
müvafiq olaraq təsdiq etmiş və qeydə almışdır.
Dairə seçki komissiyası tərəfindən həmin
qərarların qəbul
edilməsi zamanı Seçki Məcəlləsinin
36.6-cı və 148.6-cı maddələrinin tələblərinə
düzgün əməl
edilməmişdir.
Göstərilənlərlə əlaqədar
olaraq, dairə seçki komissiyasının
Ümid Partiyasının
məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə 16 yanvar
2020-ci il tarixli qərarları ləğv edilməli, Seçki Məcəlləsinin
tələblərinə uyğun
olaraq məşvərətçi
səs hüquqlu üzvlərin təsdiq edilməsi və müşahidəçilərin qeydə alınması vəzifəsi dairə seçki komissiyasına həvalə edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 13-cü,
25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 36.6-cı və
148.6-cı maddələrinə əsasən qərara alır:
1. 35 saylı Xətai üçüncü
seçki dairəsi dairə seçki komissiyasının Ümid
Partiyasının həmin
seçki dairəsi üzrə məşvərətçi
səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə 16 yanvar
2020-ci il tarixli qərarları ləğv
edilsin, həmin şəxslərə verilmiş
müvafiq lövhəciklər
etibarsız hesab edilsin, Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq həmin şəxslərin
təsdiq edilməsi və qeydə alınması vəzifəsi
dairə seçki komissiyasına həvalə
edilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
05.02.2020-ci il
Azərbaycan.- 2020.- 6 fevral.- S.4.