2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 3 fevral 2020-ci
il tarixli 49 saylı
müraciətə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 20/124
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə
78 saylı Lerik seçki dairəsi üzrə qeydə alınmış namizəd
Hüseynov Ramil Qələmirzə oğlu
və Qafarov Vasif Vaqif oğlu
2020-ci il fevralın
3-də Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
yazılı müraciət
edərək seçkiqabağı
təşviqatın aparılması
zamanı qanun pozuntularının baş
verdiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin
görülməsini xahiş
etmişlər.
Müraciət Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış,
rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Müəyyən edilmişdir ki, namizədlər müraciətdə mübahisələndirdikləri hallara dair 29 yanvar 2020-ci il tarixində Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, həmin müraciətə Komissiyanın iclasında baxılmış və 31 yanvar 2020-ci il tarixdə 18/111 saylı Qərar qəbul edilmişdir. Lakin hazırkı müraciət bir hissədə genişləndirilmiş, məntəqə seçki komissiyaları üzvlərinin qeydə alınmış namizəd Məmmədov İqbal Nəriman oğlunun seçkiqabağı təşviqatını aparmaları iddia edilmiş və bununla bağlı iddialara dair fotoşəkillər və video görüntülər müraciətə əlavə olunmuşdur.
Araşdırma zamanı ərizəçilərlə əlaqə saxlanılmış, onlara araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, şikayətçilərdən R.Q.Hüseynov araşdırmada iştirak etmiş, təqdim edilən materiallara onunla birlikdə baxış keçirilmiş və geniş fikir mübadiləsi aparılmışdır.
Məntəqə seçki komissiyaları üzvlərinin qeydə alınmış namizəd Məmmədov İqbal Nəriman oğlunun seçkiqabağı təşviqatını aparması hissəsi üzrə iddialar araşdırılmış və müəyyən edilmişdir ki, 78 saylı Lerik seçki dairəsinin 54 saylı məntəqə seçki komissiyasının üzvü Cəfərov Eldar Tumar oğlu namizədin seçkiqabağı təşviqatında iştirak etmişdir. Bu isə namizəd İ.N.Məmmədovun təşviqat qaydalarını pozması kimi başa düşülə bilməz.
Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, şikayət məntəqə seçki komissiyasının üzvü tərəfindən seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulmasına yol verilməsinə dair hissədə təmin edilməli, digər hissələrdə isə öz təsdiqini tapmadığından təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 78 saylı Lerik seçki dairəsi üzrə qeydə alınmış namizədlər Hüseynov Ramil Qələmirzə oğlu və Qafarov Vasif Vaqif oğlunun 3 fevral 2020-ci il tarixli 49 saylı müraciəti məntəqə seçki komissiyası üzvünün seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulması hissəsində təmin edilsin, digər hissələrdə əsassız olduğundan təmin edilməsin.
2. Müraciət 54 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının üzvü Cəfərov Eldar Tumar oğlunun qanuna zidd hərəkətləri hissəsində müvafiq tədbir görülməsi üçün 78 saylı Lerik seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
05.02.2020-ci il
Azərbaycan.- 2020.- 6 fevral.- S.4.