Azərbaycanın regional mərkəz seçilməsi
ölkəmizdə həyata
keçirilən inkişaf
proseslərinə verilən
yüksək qiymətdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 6-da
"Stadler Rail AG” şirkətinin
Direktorlar Şurasının
sədri Peter Şpuleri
qəbul edib.
AZƏRTACxəbər verir ki, görüşdə
"Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Stadler Rail AG” şirkəti arasında uğurlu əməkdaşlığın
həyata keçirildiyi
qeyd olundu, bu şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli
qatarların Azərbaycanda
istifadəyə verilməsinin
ölkəmizin dəmir
yolu sistemində böyük dəyişikliklərə
səbəb olduğu
vurğulandı.
Söhbət zamanı
Azərbaycanda dəmir
yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının
artmasına, yaxın gələcəkdə dəmir
yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə
verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qonşu ölkələrə,
həmçinin Avropa
ölkələrinə səfərlərin
həyata keçiriləcəyinə
əminlik ifadə edilərək, Azərbaycanın
"Stadler Rail AG” şirkətindən
bundan sonra daha çox qatarın alınmasında
maraqlı olduğu bildirildi.
Görüşdə, həmçinin
Azərbaycanın Davos
Dünya İqtisadi Forumu ilə fəal əməkdaşlığına
toxunuldu, Prezident İlham Əliyevlə Davos Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü
Sənaye İnqilabı
üzrə regional mərkəzinin
Azərbaycanda yaradılması
haqqında niyyət protokolunun imzalanmasının
önəmi qeyd edildi. Məhz Azərbaycanın regional mərkəz seçilməsi
Forum tərəfindən ölkəmizdə
həyata keçirilən
inkişaf proseslərinə
verilən qiymət kimi dəyərləndirildi.
Azərbaycanda nəqliyyat infrastrukturunun
inkişafı nəticəsində
Davos Dünya İqtisadi Forumunun dəmir yollarının keyfiyyəti ilə bağlı reytinqində dəmir yolu xidmətlərinin səmərəliliyinə
görə ölkəmizi
dünyada 11-ci yerə
layiq gördüyü
vurğulandı.
Azərbaycan.- 2020.- 7 fevral.- S. 3.