Etibarlı bünövrə, davamlı inkişaf və dərin islahatların möhtəşəm uğurları

 

Prezident İlham Əliyev ötən ilin nailiyyətlərini dəyərləndirərək bu il həyata keçiriləcək çox mühüm layihələrin istiqamətini müəyyənləşdirdi

 

İqtisadi inkişaf, ciddi islahatlar yolunda olan Azərbaycanda hər ötən il istənilən sahədə böyük uğurlar əldə edilir. İqtisadi, sosial infrastruktur layihələri, yeni-yeni müasir obyektlər, beynəlxalq layihələrin reallaşması Azərbaycana dividendlər qazandırır. Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və dayanıqlı inkişaf yeni mərhələyə daxil olub.

Prezident İlham Əliyevin islahatları cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, mövcud olan xoşagəlməz problemlərin həllində çox önəmli rol oynayır.

20 ən islahatçı ölkə sırasında

 

Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda həm son 16 ilin hesabatı verildi, həm ötən il reallaşan layihələr, həm də bu il həyata keçiriləcək proseslər barədə ətraflı danışıldı.

Əldə edilən uğurları qiymətləndirən cənab İlham Əliyev bir daha bu nailiyyətlərlə kifayətlənməməyi, qarşıya qoyulan bütün işlərin vaxtlı-vaxtında reallaşması üçün aidiyyəti qurumlara ciddi tapşırıqlar verdi.

Dövlət başçısının da söylədiyi kimi, bu gün Azərbaycanda islahatlar ardıcıl şəkildə aparılır. İndi isə islahatların yeni mərhələsinə qədəm qoyulub. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqın, dövlətin maraqlarına xidmət edir.

"Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadisosial nailiyyətlər bunu bir daha təsdiqləyir”.

Qeyd edək ki, bu nailiyyətləri beynəlxalq təşkilatlar da hesabatlarında xüsusi vurğulayırlar. Ölkəmizdə son illərdə biznes mühitinin daha da yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. "Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Əlbəttə ki, bütün biznes qurumları bunu görür, hiss edirlər.

 

İnfrastruktur quruculuğu regionların mənzərəsini tamamilə dəyişib

 

IV Dövlət Proqramının birinci ilidaxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin və xalqının çox qısa dövr ərzində nail olduğu misilsiz, möhtəşəm və tarixi nailiyyətlər, milli yüksəliş salnaməsinin nümunələridir.

Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz, su təchizatının yaxşılaşdırılması üçün 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpütunel istifadəyə verilib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində son 16 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilibya əsaslı təmir edilib.

2019-cu ildə regionların sosial-iqtisadi inkişafının IV Dövlət Proqramı çərçivəsində bölgələrin inkişafına 7,2 milyard manat vəsait yönəldilib. Eyni zamanda Prezidentin imzaladığı sərəncamlarla əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb.

Ölkənin 10 bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni yeri açılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib. 2019-cu ildə ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub.

 

Bu il reallaşacaq layihələr

 

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən konfransın ikinci hissəsində kənd təsərrüfatı, infrastruktur, bank-kredit məsələləri və digər məsələlər geniş müzakirə edildi, dövlət başçısı görüləcək işlərin istiqamətini müəyyənləşdirdi.

Bu il reallaşacaq layihələrlə tanış olun:

- bu il uzunluğu 3500 kilometr olan "Cənub qaz dəhlizi” tam istismara veriləcək;

- Bakı qəsəbələrində yeni yolların çəkilişi xüsusi əhəmiyyət daşıyacaq;

- dövlət xətti ilə təxminən 40 minə yaxın yeri yaradılacaq;

- ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək;

- 7 min məcburi köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur;

- bu il beş "ASAN xidmət” mərkəzi istifadəyə veriləcək;

- onlarla məktəb, tibb müəssisəsi tikiləcək, təmir ediləcək;

- iki Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur;

- 400-dən çox subartezian quyusunun qazılması təmin ediləcək;

- bu il min kilometr avtomobil yolunun çəkilişi nəzərdə tutulur.

- dövlət büdcəsindən qazlaşdırmaya 130 milyon manat vəsait nəzərdə tutulur;

- Mingəçevir İES-in qalan üç blokunda bərpa-tikinti işləri aparılacaq;

- "Azərenerji” bu il yeni böyük elektrik stansiyasının tikintisinə başlayacaq;

- bu il də dövlət xətti ilə 40 minə yaxın ödənişli ictimai yeri yaradılacaq;

- ən azı 10 min insan özünüməşğulluq proqramına cəlb olunacaq;

- güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək;

- Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur;

- Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb;

- "Şimal-Cənub nəqliyyat dəhlizi”nin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması gündəlikdədir;

- Şahdağ dağ-xizək kurortuna dəmir yolu çəkilməsi gözlənilir;

- Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində aparılır;

- Ləki-Qəbələ dəmir yolunun fəaliyyətə başlaması nəzərdə tutulur;

- Bakıətrafı, Bakı qəsəbələrinə gedən dəmir yolunun davam etdirilməsi nəzərdə tutulur.

 

Dördüncü sənaye inqilabında Azərbaycan lider olmalıdır

 

Bütün bu uğurlara nəzər yetirdikdə deyə bilərik ki, 2019-cu ildə əldə edilən nəticələr 2020-ci il üçün olan iqtisadi proqnozlar dayanıqlı inkişaf üçün zəruri zəmin yaradır. Prezident də əminliklə vurğuladı ki, bu il Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək.

Ötən ilin ən uğurlu hadisəsini isə dövlət başçısı Davos Dünya İqtisadi Forumu çərçivəsində imzalanan sənədi hesab etdi. Cənab İlham Əliyev vurğuladı ki, ölkəmizin əhəmiyyətini, rolunu əks etdirən son hadisə Dünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında dördüncü sənaye inqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir: "Bu, çox əlamətdar hadisədir. Çünki Davos Forumu dünyada bir nömrəli forumdur, bundan yuxarı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdirbu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir, mən və forumun prezidenti niyyət protokolunu imzaladıq, indi işlər başlanacaqdördüncü sənaye inqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, bizlider olmalıyıq”.

Bunun səbəblərini də göstərən Prezident vurğuladı ki, bu, Azərbaycanın gələcək inkişafı deməkdir. Azərbaycan dövləti elmi tərəqqini, inkişafı təmin etməli, ölkəmizi uğurlu gələcəyə aparmalı, müasirləşdirməlidir. Ona görə də bu hadisə ölkəmizin yeni uğuru, İlham Əliyev diplomatiyasının növbəti qələbəsidir və bundan sonra belə nailiyyətlərin sayı çox olacaq.

Şübhə yoxdur ki, digər illərdə olduğu kimi, 2020-ci ildə də Azərbaycanı möhtəşəm layihələr gözləyir. Bu il Azərbaycan uğurla inkişaf edərək daha güclü dövlətə çevriləcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 7 fevral.- S.1; 7.