Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitabları dünya kitabxanalarına göndəriləcək

 

Fevralın 7-də AMEA Tarix İnstitutunun xarici dillərdə nəşrləri Azərbaycan Milli Kitabxanasına təqdim edilib. Bu münasibətlə Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın Tarix İnstitutu ilə sıx əməkdaşlıq etdiyini deyib. O bildirib ki, hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir. Sonra isə həmin kitablar bizim tərəfimizdən dünya kitabxanalarına çatdırılır. İnstitutda Qarabağın, İrəvanın, Naxçıvanın, habelə soyqırımlarının itirilmiş torpaqların tarixi araşdırılaraq həqiqəti əks etdirən əsərlər yazılıb. Elmi müəssisə əsərlərin xarici dillərdə nəşrini dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır.

Kərim Tahirov qeyd edib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 70-dən çox ölkəsi ilə kitab mübadiləsi aparır. Çalışırıq ki, mübadilə zamanı tarixi kitablara xüsusi diqqət ayıraq. Tarix İnstitutunun xarici dillərdə nəşrlərinin Azərbaycan Milli Kitabxanasına təqdim edilməsi bizim bu sahədə işlərimizə bir töhfədir. Kitabxanamız bir il ərzində 10-dan çox beynəlxalq kitab sərgisində iştirak edir. Bundan sonra Tarix İnstitutunun xarici dillərdə nəşrləri iştirak etdiyimiz beynəlxalq sərgilərdəki stendimizdə nümayiş olunacaq.

"Bu gün Tarix İnstitutunun kitabxanamıza təqdim olunan xarici dillərdə nəşrləri yaxın bir ay ərzində əməkdaşlıq etdiyimiz dünya kitabxanalarına göndəriləcək”, - deyə Kərim Tahirov qeyd edib.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları tapşırıqları əsasında son illər Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri, o cümlədən dünyanın müxtəlif dillərində - rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars, erməni başqa dillərdə kitablar işıq üzü görüb. Xarici dillərdə olan nəşrlər arasında "Heydər Əliyev ideyalarının zəfər yürüşü”, "Azərbaycan: qısa dövlətçilik tarixi”, "İrəvan xanlığı: Rusiya işğalı ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, "Real tarix "Böyük Ermənistanuydurması”, "1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı”, "Saxtakarların yalançı elmi, yaxud ermənisayağı "tarix”, İrəvan xanlığının tarixi ilə bağlı broşürlər digər kitablar var.

Tarix İnstitutunun xarici dillərdə nəşrlərinin Azərbaycan Milli Kitabxanasına təqdim edilməsi dövlətimiz üçün çox əhəmiyyətlidir. Çünki kitabların dünya ölkələrinə çatdırılması istiqamətində Milli Kitabxananın beynəlxalq əlaqələri daha genişdir. Bu da Azərbaycanın tarixi bugünü haqqında faktlarla zəngin kitabların dünya oxucusuna çatdırılmasına zəmin yaradacaq.

"Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının dünya kitabxanalarına göndərilməsi, xarici oxucuların real tarixi bilmələri vacibdir. İnanıram ki, bu sahədə Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığımız uğurlu olacaq. Biz əl-ələ verərək Azərbaycan həqiqətlərinin, real tarixi faktların dünyaya çatdırılmasına öz töhfələrimizi verəcəyik”, - deyə akademik Yaqub Mahmudov vurğulayıb.

AMEA-nın I vitse-prezidenti yanında fəaliyyət göstərən ictimai elmlər üzrə Elmi Şuranın sədr müavini, akademik Nərgiz Axundova, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli, institutun aparıcı elmi işçisi Aypara Rüstəmova institutun şöbə müdiri Şahin Fazil qeyd ediblər ki, bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarını ifşa edib. Dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Milli Kitabxana tərəfindən Tarix İnstitutuna mikrofilmlərin oxunması üçün Yaponiya istehsalı olan xüsusi avadanlıq hədiyyə edilib.

Sonda Nərgiz Axundova Yaqub Mahmudova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Türk dünyasında ilin elm adamıbeynəlxalq mükafatını İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən "UN Council for Public Awards” (UNCOPA) təşkilatının "Avropa lideri ulduzuordenini təqdim edib. Yaqub Mahmudova akademiyanın mükafatı 2019-cu ildəki uğurlarına görə, təşkilatın ordeni isə dünya elmi təhsilindəki xidmətlərinə görə verilib.

Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib türk dünyası elmi təhsilinə verdiyi böyük töhfələrə görə akademiyanın "Beynəlxalq Qızıl Ulduzmedalı Beynəlxalq Atatürk Mükafatı ilə təltif edilib.

 

Azərbaycan.- 2020.- 8 fevral.- S.6.