Sumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə
yekun vurulub
Sumqayıt Gənclər Evində "Gənci-Nihan mənəm” layihəsi çərçivəsində II, sonuncu bədii qiraət müsabiqəsi təşkil edilib.
Tədbirdə çıxış edən gənc şair Əliyar Rəfiyev layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, onun Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr edildiyini qeyd edib. Ə. Rəfiyev bildirib ki, məqsəd Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsidir. Çünki Nəsimi irsi gənc nəslə örnəkdir və daim öyrənilməlidir.
Digər çıxış edənlər şəhər gənclər və idman baş idarəsinin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lilpar Cəmşidqızı, şair-qəzəlxan Mahir Məmmədov, Samir Hacı və layihə koordinatoru Əli Miriyev bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dönəmində Bakıda şairin abidəsi ucaldılmış, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülmüşdür. Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda "Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamları isə bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin əyani göstəricisidir.
Daha sonra layihənin sonuncu müsabiqəsinə start verilib.
Poeziya yarışması seçilmiş
şeirlərin məzmuna
uyğunluğu, jest və
mimikalardan, səs tonundan məqsədyönlü
istifadə, nitqin aydınlığı, səlisliyi
və ifadəliliyi, təqdimetmə bacarığı
kimi meyarlar nəzərə almaqla keçirilib.
Yekunda münsiflər heyətinin
qərarına əsasən
birinci yerə Roza Xəlilova, ikinci yerə İlahə Qafarova, üçüncü yerə
isə Tərlan Əliyev layiq görülüb. Qaliblərə sertifikat və
hədiyyələr təqdim
edilib.
Akif ƏLİYEV
Azərbaycan.-2020.- 8 fevral.- S.7.