Gənclərə hədiyyə

 

Sumqayıt Dövlət Dram teatrında hər zaman gənclərə önəm verilir. Təkcə son iki ildə bir neçə gənc aktyor truppasına qəbul olunub. Yeni hazırlanan tamaşalarda gənclərə təcrübələrini artırmaq üçün geniş imkan yaradılır. Kiçik yaşlı tamaşaçılarda teatra marağın artırılması, məktəblilərlə görüşlərin təşkil edilməsi yönündə bir çox layihələr həyata keçirilir.

Gənclər günü kollektiv C.Cabbarlının "Solğun çiçəklərtamaşası ilə teatrsevərlərin görüşünə gəlib. Yaradıcılıq mübadiləsi üçün teatra dəvət edilmiş istedadlı rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşada rol alan gənc aktrisalar Şəhla Məmmədova İlahə Səfərova mükəmməl oyun nümayiş etdiriblər. Tamaşa iki gəncin faciəvi məhəbbət dramı üzərində qurulub. Tamaşa ötən əsrin əvvəllərində baş vermiş hadisəni işıqlandırsa da, əslində, didaktik-nəsihətverici fakt kimi aktualdır. Gözqamaşdırıcı var-dövlətlə saf duyğular, ülvi məhəbbət üz-üzə qalır. tamaşa boyu ziddiyyətlərin mübarizəsi gedir. Təəssüf ki, şöhrət günəşi Bəhramın gözünü qamaşdırır, o, xəyanət yolunu seçir, amma sonda həqiqəti dərk edir. Müəllif sanki sevgisindən üz çevirmiş gənci cəzalandırır. Bu tamaşa gənclərə "sevginizdə qətiyyətli olunmesajını ötürür.

Sevindirici fakt odur ki, rejissor peşəkarlığı, bədii tərtibat aktyor oyunu tamaşada vəhdət təşkil edir. Nakam sevgi dramında obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov canlandırır. Aktyor personalının canlandırdığı obrazlar sanki hər kəsin başına gələ biləcək bir qarşılıq yaradır.

Sumqayıt teatrının səhnəsində bu tamaşa bir neçə gün göstəriləcək. Artıq biletlər satışa çıxarılıb tamaşanın seviləcəyi isə mütləqdir. Çünki gənclərə lazım olan sevgi mükəmməlliyi bu tamaşada özünü açıq şəkildə büruzə verir. Həm sumqayıtlılar yaxşı tamaşaları sevərək izləyirlər.

 

Azərbaycan.- 2020.- 8 fevral.- S.7.