Sergey Bojonev: “Seçkilərə
hazırlıq prosesi yüksək səviyyədədir”
Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MDB Parlament Assambleyası Belarus və Rusiya Parlament Birliyinin nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə MSK sədri qonaqlara seçkilərə hazırlıqla bağlı məlumat verib. M.Pənahov hazırlıq prosesinin şəffaf şəkildə aparıldığını bildirib. O, eyni zamanda, əlil insanların səsvermə prosesində iştirakı üçün də şərait yaradıldığını deyib. Qeyd edib ki, seçkilər yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənəcək, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.
Nümayəndə heyətinin rəhbəri Sergey Bojonev apardıqları müşahidələrə əsasən Azərbaycanda seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, onlar məntəqələrdə yaradılan şəraitlə tanış olublar və görülən işləri yüksək dəyərləndirirlər.
Sonra MSK sədri qonaqların suallarını cavablandırıb.
Azərbaycan.- 2020.- 9 fevral.- S.2.