TÜRKPA-nın müşahidə missiyası Bakıdadır

 

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 9 fevral Milli Məclisə seçkilərin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Bakıya gəlib.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, missiyaya qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri İsmet Uçma rəhbərlik edir. Missiyanın tərkibində deputatlar Berik Ospanov (Qazaxıstan), Dinar Nuketayeva (Qazaxıstan), Ziyadin Jamaldinov (Qırğızıstan), Baxadır Suleymanov (Qırğızıstan), Almazbek Baatırbekov (Qırğızıstan), Yaşar Karadağ (Türkiyə), eləcə də TÜRKPA Katibliyinin diplomatik qrupu yer alıb.

Missiya fevralın 8-də TÜRKPA Katibliyində iclas keçirib və müşahidə proqramının əsas istiqamətləri üzrə fikir mübadiləsi aparıb.

 

Azərbaycan.- 2020.- 9 fevral.- S.2.