“The London Post” qəzetində seçkilərlə
bağlı məqalə
dərc olunub
Böyük Britaniyanın “The London Post” qəzetində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın daha sürətli inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyevin beşinci çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Sərəncamı ilə fevralın 9-da ölkədə parlament seçkilərinin keçiriləcəyi bildirilir.
Yazıda bildirilir ki, bu seçkilər Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkədə Heydər Əliyev tərəfindən həyata keçirilmiş demokratik və siyasi islahatların bir hissəsidir. Hazırda bu siyasi islahatlar Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məqalədə Mərkəzi
Seçki Komissiyasının sədri Məzahir
Pənahovun seçkilərə hazırlıq prosesi ilə bağlı fikirlərinə də
istinad edilir. Parlament seçkilərini çoxsaylı yerli və xarici
müşahidəçilərin izləyəcəyi diqqətə
çatdırılır. ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun, Müstəqil Dövlətlər
Birliyi Parlamentlərarası
Assambleyasının müşahidə missiyalarının da seçki prosesini yaxından izləyəcəkləri
vurğulanır.
Azərbaycan.-
2020.- 9 fevral.- S.2.