Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib, yeni parlamentə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət
başçıları Azərbaycanla Türkiyə
arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün
istiqamətlərdə bundan sonra da uğurla
inkişaf edəcəyinə əminliklərini
ifadə edib və yaxın zamanlarda yeni təmasların
davam etdirilməsi haqqında qərara gəliblər.
Azərbaycan.-
2020.-10 fevral.- S.2.