Şamil Ayrım: "Azərbaycandakı bu
seçkilərdə beynəlxalq standartlardan
da üstün təşkilatçılıq
gördük. Bunu bütün dünya
görməlidir"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil
Ayrımın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTACxəbər verir ki, türkiyəli qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
- Sizi yenidən görməyimə şadam. Keçən il bir çox tədbirlərdə, mərasimlərdə bir yerdə olduq. Bu il də görüşürük. Dünən axşam əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan mənə telefonla zəng etmiş, seçkilərlə bağlı öz təbriklərini ifadə etmişdir. Bilirsiniz ki, yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı keçiriləcəkdir. Bu toplantı ənənəvi olaraq hər il keçirilir - bir dəfə Türkiyədə, bir dəfə Azərbaycanda. İndi bu toplantıya da hazırlıq gedir. Əminəm ki, iki dost, qardaş ölkə arasındakı əlaqələr 2020-ci ildə də uğurla inkişaf edəcək. Əgər keçən il biz TANAP-ın Avropa sərhədinə çatdırılmasını birlikdə qeyd etmişiksə, bu il artıq Cənub Qaz Dəhlizinin istismara verilməsini qeyd edəcəyik.
Sizə də təşəkkür edirəm ki, seçkilərdə müşahidəçi kimi iştirak etmisiniz. Böyük səylər göstərmisiniz və bu da çox önəmlidir. Çünki, əlbəttə, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən seçkilərdə bizim millət vəkillərimiz fəal olurlar, öz müşahidələrini aparırlar, fikirlərini bölüşürlər. Bildiyimə görə, artıq dünən siz bizim mətbuata da açıqlamalar vermisiniz. Bir daha sizə təşəkkür edirəm və bir daha "Xoş gəlmisiniz!” deyirəm.
***
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dedi:
-Hörmətli cənab Prezidentim. Əvvəlcə bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Təbii ki, can Azərbaycanımızın dünən keçirdiyi seçkilərin Azərbaycanımız, bölgəmiz və Türkiyəmiz üçün xeyirli-uğurlu olmasını diləyirəm.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olaraq mənimlə bərabər, yoldaşlarım da seçkiləri müşahidə etdilər. Çox səmərəli müşahidələrimiz oldu. Seçkilər çox obyektiv keçirildi. Biz hamımız təcrübəli insanlarıq. Mən Azərbaycandakı seçkilərin demək olar ki, hamısında müşahidəçi olmuşam, elə yoldaşlarım da. Azərbaycandan kənarda da seçkiləri izləmişik. Həqiqətən Azərbaycandakı bu seçkilərdə beynəlxalq standartlardan da üstün təşkilatçılıq gördük. Bunu bütün dünya görməlidir. Təəssüf ki, xüsusilə Avropa Şurasının, bir sıra qurumların Azərbaycan və Türkiyə ilə bağlı qərəzli münasibəti bizi çox narahat edir. Türkiyə Respublikasının parlamentində biz dostluq qrupunun tərkibində on nəfərik. Amma səmimiyyətlə söyləyirəm ki, 600 deputatımızın hamısı bu qrupun üzvü olmaq istəyir. Ürəkləri Azərbaycanın uğurları üçün döyünür.
Türkiyə olaraq, bu seçkilərin şəffaf, sakit ab-havada keçməsinə, belə bir mühitin yaradılmasına görə, ilk növbədə, Zati-alinizə çox təşəkkür edirik. İkincisi, Azərbaycan xalqının mütəşəkkilliyini, öz dəyərlərinə sahib çıxmasını təqdir edirik. Üçüncüsü, bir təşəkkürümüz də namizədlərədir. Bu seçkilərdə gənc namizədlər də fəal idi. Onlar seçkilərə hazırlıq dövründə Türkiyədə olduğu kimi, qapı-qapı gəzərək təbliğat işləri aparıblar. Mən inanıram ki, bundan sonrakı seçkilərdə Azərbaycan bunun faydasını görəcək. Sizə yoldaşlarım adından bir daha təşəkkür edirəm.
Fürsətdən istifadə edib parlamentimizin sədrinin Sizə ən səmimi salamlarını çatdırmaq istərdim. Sizə bir daha ən səmimi təşəkkürlərimizi çatdırırıq. Var olun, sağ olun.
***
Prezident İlham Əliyev dedi:
- Çox sağ olun.
Təşəkkür edirəm, hörmətli
Şamil bəy, hörmətli dostlar.
Doğrudan da bu seçkilər
çox önəmli
idi. Çünki bu seçkilər
Azərbaycanda aparılan
islahatlara dəstək
verməlidir və seçkilərin növbədənkənar
keçirilməsinin əsas
məqsədi də o
idi ki, vaxt
itirmədən islahatlar
davam etdirilsin. Çünki həm struktur
islahatları aparıldı,
həm hökumət,
həm Prezident Administrasiyası yenidən
formalaşdırıldı və əlbəttə ki, Milli Məclis
bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm
ki, bu seçkilərin
Azərbaycanın gələcək
inkişafında çox
önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz
ölkəmizin artan sürətinə uyğun
olmalıdır. Eyni zamanda,
bizim beynəlxalq əlaqələrimiz də
genişlənir və
Azərbaycanın millət
vəkilləri ölkəmizi
bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə
təmsil etməlidirlər.
İndi bütövlükdə ölkəmizdə
gəncləşmə siyasəti
aparılır. Ancaq bu da çox düşünülmüş
formada olmalıdır.
Yaşlı nəslin təcrübəsi,
gənclərin innovasiyaya
meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi - bax, biz bu vəhdətin
təşkil edilməsi
üçün çalışırıq.
Hesab edirəm ki, buna nail olmuşuq. Mənə verilən məlumata görə, seçkilər
ölkə ərazisində
çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi.
Çünki mən xatırlamıram
ki, Azərbaycanda keçirilmiş hansısa
parlament seçkisində
1300-dən çox namizəd
olsun. Yəni, bu, özlüyündə
onu göstərir ki, seçkilər rəqabət şəraitində
keçirildi və bütün namizədlərin
qeydə alınması
prosesində ədalətli
mövqe nümayiş
etdirildi. Bu qədər namizədin olması seçkilərə
inamın təzahürüdür.
Çünki əgər inam
olmasaydı, bu adamlar bəlkə də seçkilərə
qatılmazdılar. Ona görə
bu seçkilərin xüsusi rolu var.
O ki qaldı, bəzi beynəlxalq müşahidə
missiyalarının rəyinə,
biz onların mənfi
rəyinə çoxdan
öyrəşmişik. Onların bəzi
hallarda rəyi seçkilərdən öncə
yazılır, özü
də onlar tərəfindən yazılmır,
başqa yerlərdə
yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə
müşahidə etmişik.
Siz də Avropa Şurasının bizə
qarşı olan mənfi münasibətini
qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir.
Yəni,
bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına
müdaxilədir. Birincisi, bu
qətnamə saxtadır
və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən
ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası
tələblərin heç
birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin
qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış
bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür.
Mən bu yaxınlarda yaxın dostumuz olan Mövlud Çavuşoğlu ilə
görüş əsnasında
bu barədə öz fikirlərimi bildirdim. O da eyni mövqedədir və biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır.
Ancaq buna rəğmən, Türkiyə
və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli
layihələri icra edirik, öz gücümüzü artırırıq.
Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm
ölkə daxilində
gedən işlərdə
bizim düzgün siyasətimiz artıq reallıqdır. Ən önəmlisi,
bu seçkilərin keçirilməsi Azərbaycan
xalqının iradəsidir.
Əgər Azərbaycan xalqı
bu seçkilərin keçirilməsindən narazı
olsa, öz səsini ucaldardı.
Bu gün siz
də gördünüz,
Azərbaycanda tam demokratik
ab-hava mövcuddur.
Seçki və seçkilərin
keçirilməsi demokratiyanın
təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu
qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün
qapı-qapı gəziblərsə,
əlbəttə ki, əgər onlar seçkilərdən narazı
olsalar, öz səslərini ucaldardılar.
Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər
Azərbaycan xalqının
iradəsini əks etdirir və əsas odur.
Bu seçki
prosesində müşahidəçi
kimi qardaş Türkiyənin nümayəndələrinin
iştirakı bizi xüsusilə sevindirir. Bir daha
sizə təşəkkürümü bildirirəm. Əminəm
ki, Türkiyə Böyük
Millət Məclisindəki Azərbaycan-Türkiyə dostluq qrupu bundan
sonra da iki ölkə arasındakı əlaqələrin
inkişafına xüsusi töhfə verəcək
və siz də qeyd etdiyiniz kimi, mən də buna tam əminəm ki, Türkiyə parlamentinin
istənilən üzvü Azərbaycanla dostluq qrupunun üzvüdür. Çünki
bizdə də eyni yanaşmadır. Biz bundan sonra
da birlikdə böyük
işləri davam etdirəcəyik.
Azərbaycan.-
2020.- 11 fevral.- S.1-2.