Gürcüstanın Baş Naziri Prezident İlham Əliyevi rəhbərlik etdiyi partiyanın parlament
seçkilərində inamlı qələbə qazanması
münasibətilə təbrik edib
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Giorgi Qaxaria Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti və Gürcüstanın Baş Naziri ölkələrimiz
arasında dostluq münasibətlərinin
inkişafından məmnunluqlarını ifadə edərək,
əlaqələrimizin bundan sonra da genişlənəcəyinə
əmin olduqlarını bildiriblər.
Azərbaycan.-
2020.-11 fevral.- S.1.