İran
İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən
Ruhaniyə
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı –
İslam İnqilabının Qələbəsi Günü
münasibətilə Sizi və xalqınızı şəxsən
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Tarixi, mədəni və dini
köklərə əsaslanan, mehriban qonşuluq şəraitində
inkişaf edən Azərbaycan-İran münasibətlərinin
bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm
ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda,
xüsusən Qoşulmama Hərəkatı çərçivəsində
əməkdaşlığımız birgə səylərimizlə
xalqlarımızın rifahı naminə bundan sonra daha da
möhkəmlənəcəkdir.
Bu xoş fürsətdən istifadə
edərək Sizə cansağlığı, işlərinizdə
uğurlar, dost İran xalqına daim sülh və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 fevral 2020-ci il.
Azərbaycan.-
2020.- 11 fevral.- S.1.