Mərkəzi Seçki
Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə fevralın 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
İclasda 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün daxil olan müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxıldıqdan sonra müvafiq qərar qəbul olunub.
Seçkilərin müşahidəsində iştirak edən beynəlxalq təşkilatların və kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Azərbaycan.- 2020.- 11 fevral.- S.3.