2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdə 10 fevral 2020-ci il tarixli 55 saylı
müraciətə baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 22/129
2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə (Milli Məclis) seçkilərdə Azərbaycan
Ümid Partiyasının
(Ümid Partiyası) səlahiyyətli nümayəndəsi
Əliyev Taleh Məmməd oğlu
2020-ci il fevralın
10-da Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
yazılı müraciət
edərək 35 saylı
Xətai üçüncü
seçki dairəsinin
əksər seçki
məntəqələrində bəzi qanun pozuntularının olduğunu
iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında
baxılmışdır.
Seçki Məcəlləsinin 112.10-cu maddəsinə
əsasən seçki
komissiyasına seçkilərin
gedişi zamanı səsvermə günü
və yaxud növbəti gün daxil olan şikayət
üzrə qərar dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
əsasən şikayət
aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə
əsasən qərara
alır:
1. Ümid Partiyasının səlahiyyətli
nümayəndəsi Əliyev
Taleh Məmməd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş
10 fevral 2020-ci il 55 saylı
müraciəti aidiyyəti
üzrə araşdırılması
üçün 35 saylı
Xətai üçüncü
seçki dairəsinin
dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
10.02.2020
Azərbaycan.- 2020.- 11 fevral.- S.3.