Sinxua: “Azərbaycanda hakim partiya parlamentdə üstünlüyünü qoruyub
saxlayır”
Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş parlament seçkilərinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri olan Sinxuanın “Azərbaycanda hakim partiya parlamentdə üstünlüyünü qoruyub saxlayıb” sərlövhəli xəbərində Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə azı 65 yer qazandığı qeyd olunub. Bildirilib ki, budəfəki parlament seçkisində rekord sayda namizəd deputat mandatı uğrunda mübarizə aparıb. Seçkiləri 77 mindən çox yerli, 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi izləyib.
Rəsmi “Jenmin Jibao” qəzetində “Azərbaycanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb” başlıqlı materialda ölkəmizdə 125 dairə üzrə 5573 məntəqədə səsvermə keçirildiyi, səsvermə hüququ olan vətəndaşların sayının 5 milyon 329 mindən çox olduğu bildirilib.
Çin Mərkəzi Televiziyasının (CCTV) internet səhifəsində yerləşdirilən “Azərbaycanın hakim partiyası növbədənkənar parlament seçkilərində liderlik edir” adlı geniş materialda Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə yerlərin əksəriyyətini qazandığı qeyd edilir. MSK-nın sədri Məzahir Pənahova istinadla bildirilir ki, ilkin nəticələrə əsasən 125 701687yerlik parlamentdə YAP ən azı 65 mandat qazanıb.
Azərbaycanda həyata keçirilən kadr islahatlarından da bəhs olunan məqalədə vurğulanır ki, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi də dövlət başçısının islahatlar siyasətinə dəstəyi əks etdirir.
Dünya
üzrə 100 milyon oxucusu
olan nüfuzlu “China Daily” qəzetinin internet səhifəsində mövzu
ilə bağlı materialda Azərbaycan
tarixində ilk dəfə növbədənkənar
parlament seçkilərinin keçirildiyi qeyd olunur. Bildirilir ki, Azərbaycan parlamenti
ötən ilin dekabrında qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvlərinin
təşəbbüsü ilə Milli Məclisə
növbədənkənar seçkilərin təyin edilməsi
ilə bağlı ölkə Prezidentinə müraciət
olunması barədə qərar verib.
Azərbaycan.- 2020.- 11 fevral.- S.3.