İran İslam
İnqilabının 41-ci ildönümü
münasibətilə Bakıda
rəsmi qəbul təşkil edilib
Fevralın 10-da İranın Azərbaycandakı
səfirliyi ölkənin
milli bayramı - İslam İnqilabının
qələbəsinin 41-ci ildönümü
münasibətilə rəsmi
qəbul təşkil
edib.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə Azərbaycanın
və İranın dövlət himnləri səsləndirilib.
Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 41 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif sahələrdə
uğurlar qazanıldığını
diqqətə çatdırıb.
İran-Azərbaycan münasibətlərindən danışan
diplomat deyib ki, iki ölkə arasında dostluq və qardaşlığa,
ortaq dini, mədəni və tarixi bağlara əsaslanan əlaqələr
gündən-günə inkişaf
edir, əbədidir və hazırda ən yüksək səviyyədədir. Dövlət başçılarının səmimi münasibətləri
iki ölkə arasında əməkdaşlığın
genişləndirilməsi üçün
möhkəm dayaq olub. Son illər
qarşılıqlı turist
mübadiləsinin artması,
həmçinin rəsmi
şəxslərin çoxsaylı
qarşılıqlı səfərləri
və böyük həcmdə ticarət əlaqələri dostluğun
və yüksək münasibətin nəticəsidir.
İki dövlət arasında imzalanmış çoxsaylı
müqavilələr, müxtəlif
sahələrdə icra
olunan layihələr,
o cümlədən “Şimal-Cənub”
Beynəlxalq Nəqliyyat
Dəhlizi layihəsi bu əlaqələrin inkişafının göstəricisidir.
Baş Nazirin müavini Şahin Mustafayev əlamətdar gün münasibətilə İran
xalqını Prezident
İlham Əliyev və Azərbaycan hökuməti adından səmimi-qəlbdən təbrik
edib. Qeyd edib ki, ötən dövrdə İran uğurlu və sürətli inkişaf yolu keçib. İranın
əldə etdiyi nailiyyətlər yaxın
dost və qonşu ölkə olan Azərbaycanı həmişə
sevindirir.
Ş.Mustafayev bildirib ki, qarşılıqlı
hörmətə və
dostluğa, İslam irsinə əsaslanan tarixi və mədəni əlaqələrimiz
həm ikitərəfli
formatda, həm regional
müstəvidə, həm
də beynəlxalq təşkilatlar çərçivəsində
yüksələn xətlə
inkişaf edir. Bütün bunu
şərtləndirən əsas
amil kimi iki ölkə prezidentlərinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır. Dövlətlərimizin başçılarının son illərdə 13 dəfə
görüşməsi əlaqələrimizin
inkişafına ən
yüksək səviyyədə
verilən böyük
önəmin göstəricisidir.
Baş Nazirin müavini qeyd edib ki,
İran İslam Respublikası Azərbaycan
torpaqlarının ermənilər
tərəfindən işğalını
qınayan ilk ölkələrdəndir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində İranın
nümayiş etdirdiyi
ədalətli mövqe
ölkələrimiz və
xalqlarımız arasındakı
dostluq münasibətlərinin
ruhuna tam uyğundur.
İkitərəfli əməkdaşlığın möhkəm müqavilə-hüquq
bazasının yaradıldığını
vurğulayan Ş.Mustafayev
bildirib ki, indiyədək 150-dən çox
sənəd, o cümlədən
iqtisadi sahədə bir sıra mühüm
sənədlər imzalanıb. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və Xəzəryanı dövlətlər
arasında ticarət-iqtisadi
əməkdaşlıq haqqında
Sazişin imzalanması
ölkələrimiz arasında
çoxtərəfli formatda
da əməkdaşlığın
genişləndiyini göstərir.
Əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın
və parlamentlərarası
işçi qruplarının
da mühüm rolu var. Cari ildə İranda keçirilməsi nəzərdə
tutulan Hökumətlərarası
Komissiyanın növbəti
iclası zamanı da səmərəli müzakirələr aparılacaq,
yeni razılıqlar əldə ediləcək.
Ticarət əlaqələrinin
inkişafından danışan
Ş.Mustafayev qeyd edib ki, 2018-ci illə müqayisədə
ötən il
qarşılıqlı ticarət
dövriyyəsi təqribən
11 faiz artaraq 500 milyon dollara çatıb. Əsas hədəfimiz qarşılıqlı
ticarət həcmini daha da artırmaqdır.
Bu məqsədlə hər
iki ölkədə iş adamlarının iştirakı ilə müntəzəm biznes forumlar, sərgilər və digər işgüzar tədbirlər
keçirilir. Qarşılıqlı etimad investisiya sahəsində əməkdaşlığa
müsbət təkan
verib. İran sahibkarları tərəfindən
ölkəmizə 3,5 milyard dollar investisiya yatırılıb. Azərbaycanda sənaye, tikinti, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı və
digər sahələrdə
1614 İran şirkəti
fəaliyyət göstərir.
Neftçala Sənaye Məhəlləsində
“Xəzər” avtomobil
zavodunun uğurlu fəaliyyəti səmərəli
investisiya tərəfdaşlığının
bariz nümunəsi olmaqla yeni layihələrin
həyata keçirilməsinə
əlverişli zəmin
yaradır.
Baş Nazirin müavini vurğulayıb ki, ölkələrimiz arasında
əlaqələrin əsas
istiqamətlərindən biri
də nəqliyyat-tranzit
əməkdaşlığıdır. Bu gün böyük əhəmiyyətə malik
“Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizi
layihəsinin reallaşdırılması
üçün mühüm
addımlar atılır.
Ötən il
bu dəhliz vasitəsilə 400 min tona
yaxın yük daşınıb ki, bu da 2018-ci illə
müqayisədə 45 faizədək
çoxdu
Ölkələrimiz arasında
sənaye, kənd təsərrüfatı, energetika,
səhiyyə sahələrində
artan əməkdaşlığı
xüsusilə qeyd edən Baş Nazirin müavini bildirib ki, İrandan
Azərbaycana səfər
etmiş turistlərin
sayında dəfələrlə
artım müşahidə
olunub. “ASAN Viza” vasitəsilə viza alan əcnəbilərin
sayına görə İran vətəndaşları
ön sıralardadır.
2019-cu il dekabrın 1-dən isə
Naxçıvan Muxtar
Respublikasına səfər
edən İran vətəndaşlarına münasibətdə
viza rejimi aradan qaldırılıb.
Baş Nazirin müavini bildirib ki, Bakı-Tehran
hava reysləri ilə yanaşı, artıq Bakı-Təbriz və Bakı-Məşhəd
aviareysləri təşkil
olunur. Dövlət başçılarının bəyan etdiyi siyasətə uyğun olaraq birgə səylər nəticəsində
iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq
bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Tədbirdə rəsmi şəxslər,
xarici ölkələrin
Azərbaycandakı səfirləri
və ictimaiyyətin nümayəndələri iştirak
ediblər.
Azərbaycan.- 2020.- 11 fevral.- S.6.