Azərbaycanla Gürcüstanın əlaqələrinin
inkişaf perspektivləri müzakirə edilib
Fevralın 10-da Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə nazir Mikayıl Cabbarov ölkəmizin Gürcüstanla ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib, Azərbaycanla Gürcüstanın dövlət və hökumət başçılarının Dünya İqtisadi Forumu çərçivəsində görüşlərini xatırladıb.
Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirən N.Turnava Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu, 130 birgə sərmayəli müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, Gürcüstan birgə müəssisələrin sayının və ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlıdır.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan.-
2020.- 11 fevral.- S.6.