2004-2008-ci illər - böyük yüksəlişə təkan verən dövr

 

Birinci Regional İnkişaf Proqramının tədiq edildiyi vaxtdan 16 il keçir

 

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) təsdiq edildiyi gündən 16 il keçir. Beşillik bir müddəti əhatə edən bu proqramın uğurlu icrası ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Həmin illər ərzində iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilmişdir. Bunu həmin illərin göstəricilərinə aid rəqəmlər də təsdiqləyir.

2004-2008-ci illərdə ölkədə 27,5 mindən çox yeni müəssisə açılmış, 547,5 min daimi yeni yeri yaradılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdır. Ümumi daxili məhsulun real həcmi 2,6, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmışdır. Sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz artmış, əhalinin gəlirləri 4 dəfə çoxalmışdır.

Azərbaycan artıq üç Regional İnkişaf Proqramı həyata keçirmişdir. Dördüncüsünün ilk ilinə isə cari il fevralın 3-də yekun vurulmuşdur. Bu münasibətlə keçirilən konfransda Prezident İlham Əliyev məhz ilk Regional İnkişaf Proqramını xatırladaraq demişdir: "2004-cü ildə qəbul edilmiş birinci proqram tarixi hadisə idi. O vaxt proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam. Çünki bilirdim ki, Azərbaycanın regionlarında vəziyyət o qədər də yaxşı deyil. Bunun da, əlbəttə ki, təbii səbəbləri var idi - infrastruktur köhnəlmişdi, demək olar ki, sıradan çıxmışdı, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı, kənd təsərrüfatında durğunluq yaşanırdı. Ona görə hesab edirdim ki, Regional İnkişaf Proqramı bizim üçün əsas təkanverici proqram olacaq. Eyni zamanda Azərbaycan əhalisinin böyük əksəriyyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalı idi”.

2004-2008-ci illər həqiqətən də Azərbaycanın yüksəlişi üçün təkanverici dövr oldu. Bu illər ərzində həyata keçirilən ardıcıl tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, yeni müəssisələrin və yerlərinin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verdi. Görülən genişmiqyaslı işlər eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynadı.

Məlumdur ki, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə adətən ciddi problemlər yaranır, onlar sərbəst yaşamaq imkanına malik olmurlar. Azərbaycan dövləti düzgün və məqsədyönlü siyasət yürüdərək bu istiqamətdə önəmli layihələr həyata keçirmişdir. Sözügedən dövr ərzində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, "Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə başlanmışdır. Bir sözlə, bu, Azərbaycanın artıq regionun güc mərkəzinə çevrildiyi bir dövr idi.

İqtisadiyyatın əsas sütunlarından olan elektroenergetika sahəsinə xüsusi diqqət yetirilmişdir. Ümumi istehsal gücü 1000 meqavatdan çox olan 9 elektrik stansiyası inşa edilmişdir. Proqram sona çatarkən daha iki stansiyanın tikintisi tamamlanmaqda ididaha ikisinin inşası davam edirdi.

Proqramın icrasına başlanmazdan əvvəl ölkədə qazlaşdırmanın səviyyəsi 60-62 faiz idisə, beş il sonra bu rəqəm 85 faizə çatmışdı. Bu müddət ərzində 8 rayona qaz verilmişdir. 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikası qazla təmin olunmuşdur.

Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində idi. Fermerlərə güzəştli şərtlərlə gübrə verilməsinə məhz bu illərdə başlandı. Meliorasiya tədbirlərinə diqqət artırıldı, suvarılan torpaqların sahəsi genişləndirildi. Nəticədə taxıl və digər kənd təsərrüfatı məhsullarının istehsalı artdı.

 

 

Cəmi 5 il ərzində bölgələrdə 4 aeroportun tikilməsi də həyata keçirilən tədbirlərin miqyasından xəbər verir. Belə ki, Naxçıvan, Gəncə, Zaqatala və Lənkəran aeroportları məhz bu dövrdə inşa edilmişdir.

Birinci Regional İnkişaf Proqramının əhatə etdiyi illərdə tanker donanması maksimum dərəcədə təmin olunmuş, Xəzərdə yükdaşımalar artmışdır. Avtomobil yollarının tikintisi geniş vüsət almışdır.

Diqqət mərkəzində olan təkcə iqtisadiyyat deyildi. Sosial məsələlərin həlli prioritet olmuşdur. Sosial proqramların həyata keçirilməsi, sosial infrastrukturun yaradılması istiqamətində müsbət nəticələr əldə edilmişdir. Beş il ərzində minimum əməkhaqqı 8,3 dəfə, minimum pensiya 4 dəfə artmışdır. Sosial infrastrukturun yaradılmasına yenilənməsinə böyük həcmdə vəsait yönəldilmişdir. 1600 məktəb tikilmişdir. Yüzlərlə tibb ocağı inşa edilmişdir. Onlardan 8-i yüksək standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri idi. Həmin dövrdə eləcə 10-dan çox olimpiya idman kompleksi digər qurğular istifadəyə verilmişdir.

2009-cu ilin fevral ayında birinci Regional İnkişaf Proqramına yekun vurularkən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının artıq oturuşmuş iqtisadiyyat olduğunu dünyanı bürümüş maliyyə böhranının ölkəmizdə çox az hiss edildiyini qeyd etmiş, sözügedən sənədin inkişafa böyük təkan verdiyini demişdir: "Bütün bunlar, əlbəttə ki, növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndirilməsinə gətirib çıxaracaqdır. Beləliklə, ölkə öz inkişafını uğurla davam etdirəcəkdir Azərbaycan xalqı, Azərbaycan vətəndaşları bundan sonra da ildən-ilə daha yaxşı yaşayacaqdır. Bu da 2004-cü ilin əvvəlində qarşıya qoyduğumuz ən vacib məqsədlərdən biri idi”.

Zaman qarşıya qoyulmuş vəzifələrin məqsədyönlü olduğunu, müəyyənləşdirilmiş strategiyanın düzgün seçildiyini təsdiqlədi. Həyata keçirilən çoxşaxəli proqramlar, dərin islahatlar Azərbaycanı böyük inkişaf yoluna çıxardı biz bu yolda uğurla daha irəliyə gedirik.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2020.- 11 fevral.- S.7.