Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli Prezident Əliyev.
Yeni Azərbaycan Partiyasının
parlament seçkilərində
qalib gəlməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik
edir, ölkənizi möhkəm əsaslar üzərində qurulmuş
uğur yolu ilə irəli aparmaq arzularımı qəbul etməyinizi xahiş edirəm.
Yeni Azərbaycan Partiyasının qələbəsi
partiyanızın cəsarət
və məsuliyyətinin
ifadəsi, Sizin
bu partiyanın lideri kimi dövlətin
və xalqın inkişafına verdiyiniz töhfənin təcəssümüdür.
Aydın
siyasi mövqeyinizi, tükənməz enerjinizi
və işinizə bağlılığınızı yüksək qiymətləndirirəm.
Azərbaycanın böyük müvəffəqiyyətlər
əldə etməsi səmimi dostunuz kimi məni çox sevindirir.
Ölkələrimiz arasında ənənəvi
dostluq münasibətlərinin
və strateji tərəfdaşlığın inkişafına verdiyiniz şəxsi töhfənizə
görə Sizə çox minnətdaram. Sizinlə əməkdaşlıq
etmək mənim üçün böyük
şərəfdir. Serbiya Azərbaycanın
səmimi və etibarlı dostu və tərəfdaşı
olaraq qalır. Ümid edirəm ki, səmimi və həqiqi dostluğumuz gələcəkdə bütün
sahələrdə daha
uğurlu əməkdaşlıqla
nəticələnəcək.
Serbiyanın mühüm
dövlət və milli maraqlarını, xüsusilə Kosovo məsələsi
ilə bağlı mövqeyini dəstəklədiyinə
görə Azərbaycana
böyük minnətdarlığımı
bildirməklə yanaşı,
BMT-nin bütün üzv dövlətlərinin
suverenliyinə və ərazi bütövlüyünə
hörmət etdiyimizi,
həmçinin Dağlıq
Qarabağ probleminin sülh yolu ilə həllinə inamımızı bildirmək
istərdik.
Fürsətdən istifadə edərək, Zati-aliləri, bir daha Sizə səmimi salamlarımı
və dərin ehtiramımı bildirirəm.
Aleksandr Vuçiç
Serbiya Respublikasının
Prezidenti
Azərbaycan.- 2020.- 12 fevral.- S.1.