Çin XİN rəsmisi:” Çin
parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə
Azərbaycanı təbrik edir”
Bir neçə gün əvvəl Azərbaycanda parlament seçkiləri uğurla keçirilib. Bu münasibətlə Çin tərəfi Azərbaycanı təbrik edir və Azərbaycan xalqına ölkənin inkişafı yolunda daha da böyük uğurlar əldə etməyi səmimi-qəlbdən arzulayır.
Bu fikri Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan mətbuat konfransında fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı Çin tərəfinin mövqeyinə dair sualı cavablandırarkən deyib.
“Çin tərəfi yaxın dost
və tərəfdaş olaraq Azərbaycanla
ikitərəfli münasibətlərini yüksək qiymətləndirir.
Çin Azərbaycan ilə
qarşılıqlı dəstəyi artırmaqla və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində
yüksəksəviyyəli əməkdaşlıq qurmaqla iki ölkə
arasında münasibətlərin yeni mərhələyə
yüksəlməsini arzu edir”,
- deyə XİN rəsmisi bildirib.
Azərbaycan.-
2020.- 12 fevral.- S.4.