Prezident İlham Əliyev: “Dördüncü
proqram başa çatanda bir dənə
də təmirsiz yol qalmamalıdır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, görülən işlər barədə dövlət başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dedi:
- Cənab Prezident,
Sizin sərəncamlarınıza əsasən
son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri
hesabına 3 yol layihəsi icra
olunub. Həmin layihələrdən birincisi,
Pirili-Muradxan-Sor-Sor yoludur
ki, 33 kilometrdir. Öz başlanğıcını
2 nömrəli Bakı-Kürdəmir-Yevlax
avtomobil yolundan götürür və respublika əhəmiyyətli
Ağsu–Kürdəmir-İmişli yoluna birləşir.
İmişli yolunun 184-cü kilometrindən
başlayır və
29 kilometr davam edir, 4 kilometr isə Muradxanlı kəndinə gedən qoldur. Yol 4-cü texniki dərəcəyə
aiddir. Əvvəllər ona heç
yol demək olmazdı, torpaq yol idi. İndi 12 santimetr qalınlığında
gözəl asfalt örtüklü yoldur.
Bu, 6 yaşayış məntəqəsinin 7 min əhalisinin
yol şəraitinin yaxşılaşması deməkdir.
Bu fotoşəkillərdə
yolun əvvəlki vəziyyəti əks olunub. Bu yol
şumlu tarlalardan keçirdi. Bu da eynilə həmin yerlərdə çəkilmiş bugünkü
yoldur.
İkinci yol layihəmiz 37 kilometr uzunluğunda Karrar-Böyük Kəngərli
yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə
xidmət edir. Bu
da 70-80 il
torpaq yol olub, nə asfalt,
nə də çınqıl örtüyü
olmayıb. Ötən əsrin 60-cı illərində tikilmiş
körpünü də
bərpa etmişik.
Üçüncü yol isə Kürdəmiri
Ağsu yolu ilə birləşdirir. Bu yol 8 min nəfərin yaşadığı 7 yaşayış
məntəqəsinə xidmət
göstərir.
Növbəti yol isə başlanğıcını
Bakı-Ələt magistralının
197-ci kilometrliyindən götürən
Qarasu-Şilyan yoludur. Uzunluğu 14 kilometr olan bu
yol da Sizin
2019-cu ildə imzaladığınız
Sərəncam əsasında
tikilib. Bu yolun cəmi 2 kilometrlik hissəsi soyuq asfalt örtüklü
olub. İndi asfalt örtüyünün
qalınlığı 12 santimetr
olan yol çəkilib və 8 min
əhaliyə xidmət
edir.
Prezident İlham
Əliyev: Kürdəmir
rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də təqribən yolların
50 faizinin vəziyyəti
yaxşı deyil. Biz gərək onları
da düzəldək.
Qalan yarısını
da gərək yaxın bir neçə il
ərzində başa
çatdıraq.
Saleh Məmmədov:
Bu il də
Sərəncamınız var,
cənab Prezident. Kürdəmirdə 18 kilometr uzunluğunda
yolun tikintisinə artıq başlanılıb.
Sərəncamlarda həmin yolların
tikintisinin 2023-cü ilə
qədər başa çatdırılması nəzərdə
tutulub.
Prezident İlham
Əliyev: Bu rayonda, ümumiyyətlə, yol infrastrukturu çox bərbad vəziyyətdədir.
Çünki indi Azərbaycanda
belə torpaq yollara nadir hallarda rast gəlinir.
Rayon icra hakimiyyətinin başçısı
Ceyhun Cəfərov: Cənab Prezident, təkcə 2019-cu ildə
88,2 kilometr kənd yolları asfaltlanıb.
Saleh Məmmədov: Onun 80 kilometri investisiya xərcləri hesabına, 8 kilometri isə məqsədli büdcə vəsaiti hesabına.
Prezident İlham
Əliyev: Regional inkişaf
proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü
proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır.
***
Sonra dövlətimizin başçısı
yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, yeni
yol üzərində
yol nişanları və göstərici lövhələr, siqnal dirəkləri və avtobus dayanacaqları quraşdırılıb, yol-cizgi
xətləri çəkilib. Avtomobil
yolunun tikintisi 3
yaşayış məntəqəsinin rayon
mərkəzi ilə nəqliyyat əlaqəsinin
yaxşılaşdırılmasında mühüm
rol oynayacaq.
Azərbaycan.-
2020.- 13 fevral.- S.1-2.