Azərbaycan Respublikasının Prezidenti Zati-aliləricənab
İlham Əliyevə
Hörmətli İlham Heydər
oğlu.
Fevralın 9-da Azərbaycan
Respublikası Milli Məclisinə sabitlik və demokratiya şəraitində
keçirilmiş seçkilərdə Sizin rəhbərlik
etdiyiniz Yeni Azərbaycan Partiyasının qazandığı
qələbə münasibətilə səmimi təbriklərimi
qəbul edin.
Əminəm ki, yeni formalaşan parlamentin məhsuldar fəaliyyəti respublika həyatının ictimai-siyasi və iqtisadi sahələrində tərəqqiyə, Azərbaycanın sürətli inkişafına, həmçinin dövlətin beynəlxalq aləmdə nüfuzunun artmasına kömək edəcək.
Şübhəsiz ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan hərtərəfli və qarşılıqlı faydalı münasibətlər birgə səylərlə gələcəkdə də xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli işinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və daimi inkişaf arzulayıram.
Hörmətlə,
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti
Azərbaycan.- 2020.- 13 fevral.- S.5.