Davos bir daha etiraf etdi
Azərbaycan ardıcıl
islahatlar aparan və dinamik inkişaf edən ölkədir
Prezident İlham Əliyev tərəfindən aparılan
müstəqil daxili və xarici siyasət uğur qazanmaqda davam edir. Əsas qayəsi ölkəmizin
milli maraqları və suverenliyinin qorunması olan bu siyasət dünyanın nüfuzlu beynəlxalq təşkilatları
və dövlətləri
tərəfindən də
etiraf olunur və dəstəklənir.
Məlumdur ki, xarici siyasət
daxili siyasətin davamıdır. Daxili siyasətin isə əsas məqsədi ölkənin hərtərəfli
inkişafına nail olmaqla
vətəndaşların sosial
rifahını yaxşılaşdırmaqdır.
Son dövrlər ölkədə həyata
keçirilən sosial-iqtisadi
siyasət məhz bu amala xidmət
edir. Xarici siyasətə gəldikdə,
burada əsas məsələlərdən biri
milli iqtisadiyyatımızın
inkişafı üçün
beynəlxalq təşkilat
və ölkələrlə
əməkdaşlıqdır. Bunun sayəsində Azərbaycan
xarici investorlar üçün cəlbedici
ölkəyə çevrilib.
Ölkəmizdə dinamik inkişafla yanaşı, ictimai-siyasi sabitlik hökm sürür. Bu faktorlar
isə xarici sahibkarlar üçün
çox önəmlidir.
Çünki hər bir
investor xarici ölkədə
kapital qoyuluşunu həyata keçirərkən
bu amillərə xüsusi diqqət yetirir.
Davos Dünya İqtisadi Forumunda Azərbaycana olan maraq, dünyanın nüfuzlu şirkət rəhbərlərinin Prezident
İlham Əliyevlə
görüşə can atması
da bununla bağlıdir. Dövlət
başçısı forumda
həm siyasi liderlərlə, həm də biznes dairələri ilə keçirilən görüşlərdə
ölkəmizdə iş
qurmaq üçün
bütün şəraitin
olduğunu vurğulamışdır.
Qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı
sürətlə inkişaf
edir, ölkədə
siyasi sabitlikdir. Belə hal sözsüz ki, ölkəmizə olan marağı artırır. Şirkətlər Azərbaycanda yüksək
texnologiyaların tətbiqi
və transferi ilə iqtisadi fəaliyyətə başlamaq
istəyirlər. Bu, həm
də yeni iş yerlərinin açılması deməkdir.
Üstəlik transmilli şirkətlərlə
əməkdaşlıq ölkəmizin
dünya iqtisadiyyatına
transferi baxımından
da əhəmiyyətlidir.
Dövlət başçısının Davos
Forumunda görüşdüyü
şirkət rəhbərlərinin
fəaliyyət dairəsi
yüksək texnologiyalardan
faydalanmaqla məhsul istehsal etməkdir. Prezidentin həyata
keçirdiyi iqtisadi siyasətin əsas hədəfi də budur. Çünki inkişaf etmiş
ölkələr sırasına
daxil olmaq üçün yüksək
texnologiyaların tətbiqi
ilə məhsul istehsalını artırmaq
əsas şərtlərdəndir.
Bu üzdən dövlət başçısının
görüşdüyü şirkətlərin hamısı
həmin parametrlərə
cavab verir.
Bu baxımdan
Davosda texnologiya sahəsində ixtisaslaşmış
şirkətlərdən "Signify” və CİSCO-nun rəhbərləri
ilə keçirilən
görüşləri xüsusi
vurğulamaq lazımdır. Qeyd edək ki, "Signify” şirkəti son üç
ildə mütəmadi
olaraq "Dow Jones Davamlılıq
İndeksi”nin "Elektrik
komponentləri və avadanlıqları” kateqoriyası
üzrə birinci yerdə olan işıqlandırma sahəsində
innovativ, yüksəkeffektli,
enerjiyə qənaət
edən işıqlandırma
məhsulları, sistem
və xidmətlər
təqdim edən dünya lideridir.
"Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşdə
ölkəmizə yeni
texnologiyaların gətirilməsi
ilə iqtisadiyyat, o cümlədən kənd
təsərrüfatı sahəsində,
həmçinin "ağıllı şəhər” layihələrində
və internet texnologiyaları
ilə işıqlandırma
sistemlərinin inteqrasiyası
istiqamətində müxtəlif
həll variantlarının
tətbiqi müzakirə
olunmuşdur.
Onu da vurğulayaq ki, dünyanın 70-dən
çox ölkəsində
fəaliyyət göstərən
şirkət tərəfindən
indiyədək 53 milyon
obyektin işıqlandırılması
təmin olunub. Bir il ərzində
6 milyard avro dəyərində xidmət
satışını həyata
keçirən belə
bir şirkətin Azərbaycanla əməkdaşlıq
etmək istəməsi
ölkəmizin nüfuzundan
xəbər verir.
Yaxud götürək Prezident İlham Əliyevin ölkəmizlə uzun müddət səmərəli
əməkdaşlıq edən
CİSCO şirkətinin icraçı
vitse-prezidenti və maliyyə direktoru xanım Kelli Kramerlə görüşünü. Dövlət başçısı görüşdə
qeyd etmişdir ki, Azərbaycanda bu şirkət üçün böyük
biznes potensialı mövcuddur. Xanım Kramer isə Azərbaycanı regionun vacib ölkəsi olduğunu xüsusi vurğulayaraq bizimlə əməkdaşlıq
etməyə üztünlük
verdiyini bildirmişdir.
Məlum olduğu kimi, ölkəmiz yüksək texnika və texnologiyaların tətbiqi və transferinə üstünlük verir. Bu baxımdan növbəti əməkdaşlıq "SUEZ Group” şirkəti ilə nəzərdə tutulmuşdu. Həmin şirkət dünyada kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, həmçinin inteqrasiya və meliorasiya sahəsində 5 qitədə fəaliyyət göstərir. Bu sahələrdə 160 illik təcrübəyə malik şirkətin baş icraçı direktoru Bertran Kamus Prezident İlham Əliyevlə ölkəmizdə qabaqcıl texnologiyaların tətbiqi barəsində fikir mübadiləsi apardı. Baş icraçı direktor bildirdi ki, şirkətin məqsədi real vaxt rejimində çalışan nəzarət sistemi, ağıllı sensorlar və sayğaclar, həmçinin elektroxlorlaşma həyata keçirən qurğular kimi bir sıra rəqəmsal və innovativ həllərin ölkəmizə transferini tətbiq etməkdir.
Xarici investorlar son illər Azərbaycanda biznes, vergi və gömrük sahələrində aparılan islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirirlər. Ölkəmizə "Procter and Gamble Europe” şirkəti tərəfindən maraq göstərilməsi də bununla əlaqədardır. Həmin şirkətin prezidenti Loik Tassel dövlətimizin başçısı ilə görüşündə bildirmişdir ki, məqsədləri Orta Asiya və Uzaq Şərqə doğru genişlənməkdir Bunun üçün isə regionun mərkəzi kimi Bakını seçmək istəyirlər. Səbəbi Azərbaycanda yaradılan münbit biznes mühitidir.
Bu faktlar bir daha göstərir ki, dünyanın nəhəng transmilli şirkətləri regionumuzda fəaliyyətə başlayarkən Azərbaycana güvənir, ölkəmizi seçirlər. Belə münasibət isə boş yerdən yaranmır. Görülən real işlər nəticəsində mümkün olur. Hər kəsə məlumdur ki, ölkəmizdə son dövrlər həyata keçirilən iqtisadi islahatlar sayəsində Azərbaycanda biznes mühiti daha da şəffaflaşıb, investisiya mühiti yaxşılaşıb, gömrük, vergi və digər sahələrdə qanunvericilik bazası təkmilləşdirilib. Bütün bunlar ölkəmizdə transmilli şirkətləri fəaliyyət göstərməyə təşviq edir. Sözsüz ki, belə münasibətin yaranmasının əsl səbəbi Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət və onların nəticələridir.
Rüstəm KAMAL
Azərbaycan.- 2020.- 13 fevral.-
S.1; 6.