Sergey Lavrov Rusiya Prezidentinin Fəxri Fərmanını Polad Bülbüloğluna təqdim edib

 

Fevralın 11-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə MDB dövlətlərinin fövqəladə və səlahiyyətli səfirləri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə onun adından “Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə” Fəxri Fərmanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təqdim edibonun fəaliyyətini yüksək qiymətləndirib.

Bundan əlavə, tədbir çərçivəsində Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyəti adından Polad BülbüloğlunuHumanitar əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə” medalı ilə təltif edib.

Tədbirdə iştirak edən diplomatik missiyaların rəhbərləri də azərbaycanlı həmkarlarına səmimi təbriklərini çatdırıblar.

 

Azərbaycan.- 2020.- 13 fevral.- S.7.