Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mənzil
İnşaatı Dövlət Agentliyinin
fəaliyyəti ilə bağlı bəzi məsələlər
haqqında” 2016-cı il 16 noyabr
tarixli 1113 nömrəli və “Azərbaycan
Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi
məsələlər haqqında” 2018-ci il
7 fevral tarixli 1819
nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikasının Mənzil
İnşaatı Dövlət
Agentliyinin fəaliyyəti
ilə bağlı bəzi məsələlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 11, maddə
1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə
181, № 5, maddə 920, № 6, maddə
1196, № 9, maddə 1825; 2019, № 1, maddə 59, № 2, maddə
218, № 5, maddə 837) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 8.2-ci bənddən
"mənzillərin əvəzləşdirilməsi
halları istisna olmaqla,” sözləri çıxarılsın;
1.2. həmin
Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikasının Mənzil
İnşaatı Dövlət
Agentliyinin sərəncamında
olan mənzilləri vətəndaşların güzəştlə
əldə etməsi Qaydası”nın 2.3-cü və
2.4-cü bəndləri ləğv
edilsin.
2. "Azərbaycan
Respublikasının Mənzil
İnşaatı Dövlət
Agentliyinin fəaliyyətinin
təmin edilməsi ilə bağlı bəzi məsələlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 2, maddə
183, № 6, maddə 1196) 5.3-cü bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 fevral 2020-ci il
Azərbaycan.- 2020.- 14 fevral.- S.1.