Azərbaycan Respublikası
Hökuməti ilə Avropa Yenidənqurma
və İnkişaf Bankı arasında Azərbaycan
Respublikasının Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional
Tərəfdaşlıq Fondunda
iştirakı ilə əlaqədar ianə haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti
ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan Respublikasının Şərqi
Avropa Enerji Səmərəliliyi və
Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq
Fondunda iştirakı
ilə əlaqədar
ianə haqqında
2019-cu il noyabrın
22-də London şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Avropa Yenidənqurma və İnkişaf Bankına bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 fevral 2020-ci il
Azərbaycan.- 2020.- 14 fevral.-
S.2.