“Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli
749 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 5 aprel tarixli 608 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
"Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 8, maddə
499; 2002, ¹ 1, maddə 14; 2003, ¹ 10, maddə 571; 2006, ¹ 9, maddə
743; 2009, ¹ 4, maddə 226, ¹ 12, maddə 984; 2012, ¹ 7, maddə
680; 2014, ¹ 6, maddə 651; 2019, ¹ 3, maddə 440) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.1-ci bənddə
"35.2-ci maddəsində (birinci halda)” sözləri "35.2-ci maddəsində
(birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.
2. 2.2-ci bənddə
"(ikinci halda)” sözləri "(üçüncü
halda)” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı
məzmunda 2.2-1-ci bənd
əlavə edilsin:
"2.2-1. həmin
Qanunun 35.2-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 fevral 2020-ci il
Azərbaycan.- 2020.- 14 fevral.-
S.2.